Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Prezident seçkilərində namizədliyimi verəcəm” -Müasir Müsavat Partiyasının sədri

“Prezident seçkilərində namizədliyimi verəcəm” -

 

“Hazırda bütün rayonlarda konfranslar keçirilir və təlim-təbliğat işləri aparılır”.

Yenixeber.org:   Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az saytına 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlamasında bildirib. O deyib ki,  prezident seçkilərinə namizədliyini irəli sürəcək:

“2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyimi irəli sürəcəyəm. Bu barədə Siyasi Şuranın qəti qərarı var. Hazırda bu yöndə ciddi işlərə başlamışıq. Artıq rayonlarda təlim-təbliğat  işləri başlayıb. İndi Azərbaycanın bütün təbəqələri ilə əlaqələr  gücləndirilir və partiyanın nəzdində gənclər  komitəsinin yaradılması nəzərdə tutulur. Ölkəmizdəki vəziyyəti həmin insanlarla müzakirə edirik. Eyni zamanda,  partiya üzvlərindən əldə etdiyimiz məbləğlə təbliğat-təşkilat qruplarımızın sayını çoxaldırıq. Ölkədəki və regiondakı vəziyyəti  müəyyənləşdirib  seçkilərdə mövqeyimizi ortaya qoyacağıq.  Mən də  bir neçə gün öncə təbliğat-təşkilat  işlərinə başlamışam. Düşünürəm ki, 2018-ci ildə normal demokratik  seçki keçirilsə, orada qalib gələcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam