Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkilindən həmsədrlərə sərt tənqid

 

"ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında Azərbaycan hər zaman öz tənqidi fikirlərini səsləndirir. Ona görə ki, bu illər ərzində ATƏT-in Minsk qrupu fəal şəkildə bölgəyə səfərlər edib, prezidentlərin görüşlərini dəfələrlə təşkil edib ,müəyyən addımlar atılsa da nəticə birdir, yəni Ermənistanın təcavüzü davam edir, torpaqlarımız 22 ildən artıqdır ki işğal altındadır"

"Xeberinfo.com":  Məlumata görə, bunu azvision.az-a açıqlamasında Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupunun göstərdiyi fəaliyyətdən söz açıb. Bildirib ki, Minsk qrupunun qurduğu format, iş prinsipi haqlı olaraq narazılıqlar doğurur:
“Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlərə Ermənistan gözünün ucu ilə də baxmır və bunları yerinə yetirmək barəsində düşünmür də! Ermənistan hər gün atəşkəs rejimini pozmaqla təxribatlar törədir və onlarla insan həlak olur. Müharibə insanların həyatına, məişətinə, ərazilərimizə çox ciddi ziyanlar vurur. Demək olar ki, bu məsələ həll olunmamış qalır. Ona görə də ATƏT-in Minsk qrupunun fəaliyyətindən necə razılıq etmək məsələsini, onlardan razı qalanlardan soruşmaq lazımdır. Uzun illər ATƏT PA-da fəaliyyət göstərən bir insan və bu məsələləri izləyən bir siyasətçi kimi mən deyə bilərəm ki, ATƏT-in Minsk Qrupunun qurduğu format, iş prinsipi hər dəfə haqlı olaraq fikir ayrılıqları, narazılıqlar doğurur. ATƏT-in Misk qrupa daxil olan üç dövlət bu məsələni öz monapoliyalarında saxlamamalıdırlar.
ATƏT-in Minsk qrupu nə özü bu məsələni həll edə bilir, nə də digər müstəvilərdə bunun həll olunmasına müəyyən şərait yaradır. Nə də ki, bu problem ölü nöqtədən tərpənmir”.
Daha sonra B. Muradova qeyd edib ki, ATƏT-ə sədrlik edən ölkələr bu məsələnin həlli ilə bağlı nəzərə çarpacaq addımlar atmağa qadir deyillər:
“Çünki sədrlik üçün müəyyən edilən bir il həddən artıq qısa bir müddətdir. Bu vaxt ərzində ATƏT-in qarşısında bir təşkilat kimi müxtəlif məsələlər qoyulur. Onlardan biri həlli uzadılmış, dondurulmuş və yaxud döyüşlərlə müşayət olunan konfliktlərdir ki, ATƏT bunların qarşısını almalıdır. Amma bir il ərzində bunlara bələd olmaq, öyrənmək , bütün təşkilatı imkanları səfərbər edərək bu məsələni həll etmək istiqamətində hər hansı bir addımlar atmaq imkanı məhdudur. Bir il ərizində istər böyük olsun, istərsə də kiçik, ayrıca bir ölkənin xarici işlər nazirinin belə məsələlərdə hansısa bir ciddi addımlar ata biləcəyini mən düşünmürəm. Görünür, burada hansısa başqa yollar, imkanlar axtarılmalıdır. Bu məsələnin həllinə yeni rakursdan, müasir dövrün tələblərinə uyğun baxışları nəzərə alaraq yanaşmaq lazımdır. Çünki, bir Minsk qrupunun razılaşmasının Qarabağ məsələsində hər hansı bir nailiyyətə gətirib çıxarmadığı halda,Ukraynada ikinci bir Minsk razılaşması əldə olunur. Onun da hansı səviyyədə olacağı göz qabağındadır. Bu tendensiyanın davam etməsi, belə məsələlərə dözümlü yanaşmaq, təcavüzkar ölkələrə fərqli münasibət bəsləməyin nəticəsidir. Bu beynəlxalq hüququn prinsiplərinə, bir-birinə oxşar problemlərə selektiv yanaşanın nəticəsidir. Mən düşünmürəm ki, bu gün Serbiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri çox ürəkdən və cəsarətlə istəsə belə bu problemin həllinə çox böyük töhfələr verə bilməyəcək. Bütövlükdə Minsk konfransına daxil olan bütün ölkələr bu məsələdə yeni-yeni yanaşmalar ortaya qoymalıdırlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam