Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yürüş edən azərbaycanlılar döyüldü –VİDEO

 

1498829475_bezz

Yüzlərlə Azərbaycan Milli Hərəkat fəalı Babək Xürrəminin ad gününü qeyd etmək üçün Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına (Bəzz qalası) yürüş ediblər.

Yenixeber.org:   Fəallar qalada üzərinə “Siyamək Mirzayi azad olunmalıdır” şüarı yazılmış plakatlar qaldıraraq, onun və digər azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb ediblər.

Mərasim iştirakçılarından bir neçəsi qaladan qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, Rəhim Novruzi adlı fəal isə döyülərək ağır xəsarət alıb.

Şahidlər Rəhim Novruzinin ambulansla aparıldığı zaman huşdan getdiyini, üzü və paltarlarının qan içində olduğunu deyiblər.

Qalaya gedən fəallardan bir neçəsindən heç bir xəbər olmadığı üçün onların da saxlanıldığı ehtimal edilir. Hələ ki, tutulan fəallardan Murtaza Pərvin, Rəhim Novruzi, Hamid Rəvadi və Əkbər Cahangirinin kimliyi müəyyənləşdirilib.

Mərasimdən görüntüləri təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam