Fərhad Əliyevin revanşı -Sabiq nazir niyə və nədən ötrü qayıdıb?
Yenixeber.org: 2005-ci il parlament seçkiləri ərəfəsində əvvəlcə dövlət çevrilişi ittihamı ilə, sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev dörd il əvvəl, 2013-cü ildə prezidenti İlham Əliyevin Qurban bayramı münasibəti ilə imzaladığı əhv sərəncamı ilə azadlığıa çıxdı. Azadlığa çıxdıqdan az sonra sabiq naziri ölkəni tərk etrməsi xəbəri yayıldı. Fərhad Əliyevin yaxınları sabiq nazirin səhhəti ilə bağlı Almaniyaya getdiyini iddia edirdilər. Bu iddia cəmiyyət tərəfindən doğru məlumat kimi qəbul olundu. Səkkizillik həbs həyatından sonra Fərhad Əliyevin səhhətini bərpa etdirmək üçün inkişaf etmiş və yüksək səhiyyə xidmət verən Almaniyaya üz tutması çox inandırııcı idi. Ancaq zaman geçdikcə sabiq nazirin ölkəni yalnız səhhətini bərpa etmək məqsədilə ölkəni tərk etmədiyi məlum olmağa başladı.
Əslində isə ağıllı və ehtiyyatlı adam olan Fərhad Əliyev azadlığını president İlham Əliyevin mərhəməti sayəsində qazanmasına baxmayaraq əleyhidarlarının və düşmənlərinin hakimiyyətdə hələ güclü olmasını aydın şəkildə görürdü. Yeni problemlərlə üzləşməmək üçün ölkəni tərk etdi. Ötən dörd ildə Fərhad Əliyevin Azərbaycana qayıtması haqqında bir neçə dəfə xəbər yayılsa da, onların heç biri təsdiqii tapmadı. İndi də sabiq nazirin ölkəyə qayıtması və biznesə başlaması barədə xəbərlər yayılıb.
Həmin xəbərlərə görə, Fərhad Əliyevin Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2,5 ha torpaq sahəsində sürtgü yağları istehsal edən zavodun tikintisinə başlayıb. Bu məlumatı əsasız olaraq “Türkiyə və ABŞ-ın ortaq layihəsi” kimi dəyərləndirməyə cəhdlər edilməsi ilə yanaşı yalnız fantastik ağlın məhsulu ola biləcək fikirlər tirajlanır. Kiçik bir mətbuat orqanı Azərbaycan təhlükəslzik orqanlarının əldə edə bilməyəcəyi informasiya əldə edə bilməyəcəyi məlumat yayır.
Həmin məlumata görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi türkiyəni prezidenti Rəcəb Tayyib Ərdoğandan oğlu Bilal Ərdoğanla Fərhad Əliyevin şərik olmasını istəyib. Guya məqsəd Fərhad Əliyevin biznesinin və ümumilikdə isə fiziki mövcudluğunun təmin edilməsi olub. Dünyanın ən böyük kəşfiyyat idarəsinin böyük dövlət hesab olunan Türkiyənin dövlət başçısına verdiyi iddia olunan məxfi məlumatı Azərbaycanda fəaliyyət göstərən kiçik bir media orqanı necə əldə edə bilərki? Donald Tramp prezident seçildikdən sonra ona “nə gəldi danışmaması” barədə xəbərdarlıq edən bir xüssusi xidmət orqanın, Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi əməliyyatından necə xəbər tutmaq olar. Rusiya, Çin kimi böyük ölkələrin qüdrətli xüsusi xidmət orqanlarının əməkdaşlarının sayı haqqında dəqiq məlumat əldə edə bilmədiyi MKİ-nin “strateji əməliyyatı”n kiçik bir media orqanı deşifrə edir. Belə gülməli məlumatları da təəssüf ki, ancaq Azərbaycan mediasında yer ala bilər.
Fərhad Əliyevin Azərbaycana qayıtması isə həqiqətdir və ancaq MKİ-ilə heç bir əlaqəsi yoxdur. Məsələ ondan ibarətdir ki, bir zamanlar Fərhad Əliyevin həbsinə nail olan, sonra isə onun ölkəni tərk etməsinə səbəb olan güclər indi özləri qürüb dövrünə qədəm qoyublar. Məlum olduğu kimi Fərhad Əliyev hökumətdə təmsil olunduğu vaxtlarda özəl sektorun inkişafı, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, xarici ticarətin bütünlüklə liberallaşdırılmasına çalışıb. Onun “Hər kəs yerli mal alsın, xeyir vətənə qalsın” devizi altında yerli istehsalı stimullaşdırmağa çalışması gömrük əməliyyatları üzərindəki inhisar yaratmaqla ölkənin iqtisadi həyatı üzərində nəzarət yaradan qüvvələri qane etmirdi. Fərhad Əliyevin ölkənin birinci ailəsi ilə heç vaxt problemi olmayıb. Onun əsas problemi Dövlət Gömrük Komitəsinin sabiq sədri, hazırkı Fövqəladə hallar naziri ilə olduğu haqqında mediada yüzlərlə məqalə yer alıb. İndi Fərhad Əliyevin geri dönüşünün əsas səbəbi də “fövqəlnazir” Kəmaləddin Heydərovun karyerasının qürüb dövrünün başlamasıdır. Ölkənin siyasi həyatı haqqında məlumatı olan hər kəs bilir ki, Kəmaləddin Heydərovun “fövqəlnazir”liyinin də, oliqarxlığının ömrünə çox qalmayıb. Fərhad Əliyevin ölkəyə dönüşü də bunun nəticəsi olduğu kimi, həm də təsdiq edən dəlildir. Fərhad Əliyevin dönüşü ölkənin ikinci ən qüdrətli ailəsinə qarşı olan qüvvələrin daha da güclənməsi deməkdir.
Fərhad Əliyevin ölkəyə dönüşü “fövqəlnazir”lə yanaşı başqa bir məmurun,Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da karyerasının qürüb dövrünün başlanamsı anlamına gələ bilər. Kərəm Həsənovun vəzifə pillərində yüksəlişində Fərhad Əliyevin önəmli rolu olsa da, 2005-ci ildə Həsənov Əliyevin əleyhidarlarının yanında yer alması haqqında hələ də təkzib edilməmiş məlumatlar var. Fərhad Əliyevin dönüşü ümumilikdə 2005-ci ildə onun əleyhinə çıxmış qüvvələrin artqı qürüb dövrünün başlandığını göstərir. Fərhad Əliyevin ölkəyə dönüşünün ən yüksək səviyyədə sanksiayalaşdırıldığına şübhə yoxdur.
Gələn il ölkədə president seçkiləri keçiriləcək və Fərhad Əliyev yüksək nüfuza malik olduğu Cənub regionunda hakimiyyətin namizədinin uğurları üçün çox iş görə bilər. Səkkiz il həbsdə yatmış sabiq bir nazirin dövlət vəzifəsinə gətirilməsi mümkün olmadığı üçün onun biznesmen kimi fəaliyyət göstərməsinə qərar verilib. Onun siyasi partiya yaradacağı ilə yanaşı özəl sektorda böyük təsiri olan qeyri-hökumət təşkilatlarından birinin də rəhbərliyinə gətiriləcəyi istisna deyil. Fərhad Əliyev isə xaraktercə qisasçı olmamasına baxmayaarq səkkiz il həbs yatmasına səbəb olmuş güclərin sonun hazırlanamsında yardım etməkdə də maraqlıdır. Siyasət də məhz maraqlar olan yerdə mövcuddur.
infoAZ.org