Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Fərhad Əliyevin bibisi oğlu azadlığa buraxılıb

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş Rafəddin Əsgərov azadlığa buraxılıb

 

Yenixeber.org: Müvafiq məhkəmə qərarı ilə R.Əsgərov cəzasının çəkilməmiş hissəsindən azad olunub. O, bu gün 6 saylı Cəzaçəkmə Müəssisindən sərbəst buraxılıb.

Qeyd edək ki, R.Əsgərov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bibisi oğludur. O, 2010-cu ildə Ukraynanın Odessa şəhərində həbs edilib. R.Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb, barəsində Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Fərhad Əliyev və “Azpetrol” Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev 2005-ci il oktyabrın 19-da həbs olunub. 2007-ci ildə Fərhad Əliyev 10 il, Rafiq Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Fərhad və Rafiq Əliyev qardaşları azadlığa buraxılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam