Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Yol Polisi deputatın qızından rüşvət aldı -"Ağlaya-ağlaya üzrxahlığa gəldi"

 

xeyreddin qoca

Yasamal rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə sabiq millət vəkili Xeyrəddin Qocanın qızı arasında qalmaqal yaranıb.

Yenixeber.org:   Bu barədə X. Qoca özü sosial şəbəkədə yazıb. Deputat bildirib ki, yol polisi zabiti Emil Seyidov qızının hüquqlarını kobud şəkildə pozub və ondan rüşvət alıb:“Qızım maşını ilə yol qaydasını pozduğu üçün Yasamal rayonunda polis əməkdaşları onu saxlayıb və maşının texniki pasportunu və sürücülük vəsiqəsini alıblar ki, “maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq”.

Qızım müfəttişlərə bildirib ki, “elə indi işdən icazə almışam (iş yerində təsdiq edə bilərlər), cəriməni ödəməyə gedirəm, çünki bir neçə dəfə poçta getmişəm, hələ kompüterə salmadıqlarını bildiriblər”.

Müfəttişlər deyiblər ki, “get, Yasamal Polis İdarəsində ödə! Sənədlərini də oradan götürərsən!”. Qızım məcbur olub ora gedib, qapısında “E.Seyidov” yazılmış polis kapitanı qızıma deyib: “Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim”.

Beləliklə, E.Seyidov qızımdan 100 manat rüşvət alıb. Əlbəttə, mən Polis İdarəsinin rəhbərliyini telefonla axtardım, cavab verən olmadı. Sonra daxili işlər nazirinin əlaqədar müvininə zəng vurdum, məşğul olduğu üçün danışa bilmədim. İndi bu Emil Seyidovdan soruşuram: Sən 100 manata məhkəmədə nə iş görəcəksən? Və sən polis orqanında işləyə-işləyə bilmirsən ki, bir ucdan hamıdan rüşvət almaq olmaz? Bu yazını əllərim əsə-əsə, yüksək təzyiqim ola-ola yazdım! Bu quldurluq nə vaxt bitəcək?”.

Daha sonra Xeyrəddin Qoca yol polisi zabitinin aldığı 100 manatı geri qaytardığını qeyd edib: “Qızımdan 100 manat rüşvət alan Yasamal DYP kapitanı Emil Seyidov 100 manatı bu gün geri qaytardı…”.

Keçmiş deputat həmin zabitin ağlaya-ağlaya onun yanına üzrxahlığa gəldiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam