AĞCABƏDİDƏN CƏHƏNNƏMƏ GEDƏN YOL -FOTO+VİDEO
Yenixeber.org: “Ata, ehtiyatlı ol, yolunu gözləyirik!”... Ata: “Oğul, yolumu gözləməyin, Ağcabədinin bu xaraba yollarında necə ehtiyatlı olum?”
…«Yol mədəniyyətdir!». Çünki istənilən fəaliyyətin başlanğıcı yol ilə nizamlanır, yoldan keçir… Amma yollarımızda baş verən və ölümlərlə nəticələnən ağır yol qəza hadisələrinin statistikası sübut edir ki, bizim həm də həyatımız və taleyimiz yollardan keçir, bəzən yollarda da qırılır, tamamlanır. Niyə?
Azərbaycanda turizmin inkişafı həm də yollarımızın rahatlığından keçir…
Ötən illərin və 2017-ci ilin Dövlət büdcəsinin təsnifatına nəzər yetirəndə məlum olur ki, Azərbaycan Prezidenti yollarımızın infrastrukturunun yaxşılaşdırılması üçün əlindən gələni edir, hətta büdcə vəsaitlərindən əlavə, özünün Ehtiyat Fondundakı vəsaitlərdən də yolların təmirinə pul ayırır. Məsələn, bu il Dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 261 milyon manat müəyyənləşdirilib.
Neçə gün əvvəl mədəniyyət və turizm naziri Ə.Qarayev ölkəmizdə turizmin inkişafının bəzi problemlərindən danışdı… Ümumiyyətlə, dünyada qəbul edilmiş qaydadır ki, turizmin inkişafı həm də həmin bölgənin yollarının rahatlığından birbaşa asılıdır.
Bəlkə də çoxları bilmir ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu həm də sürücülərin, yəni avtomobili olanların texniki baxışa görə ödədiyi vəsaitlərdən (bu il 15 milyon manat nəzərdə tutulub), ölkəyə gətirilən avtomobillərdən tutulan gömrük vergisindən, eləcə də şəxsi avtonəqliyyat vasitələrindən xidmət göstərilməsi üçün büdcəyə ödənilən lisenziya və ya digər növ ödənişlərdən və s. formalaşır. Deməli, avtomobili olan hər bir vətəndaşın “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda öz payı var və yollarımızın rahat olmasını tələb etmək haqqı məhz buradan hüquqi status almış olur. Elə isə, yollarımızın təmirinə vəsait yatırmış sürücünün taleyi niyə yollarda qırılmalıdır???
Yuxarıda dedik, Prezidentin Ehtiyat Fondundan isə hər il yüz milyonlarla manat əlavə vəsait də məhz rayonlarımızın yollarının təmir və bərpasına xərclənir. Məsələn, təkcə 2014-cü ildə Prezidentin Ehtiyat Fondundan 366,2 mln. manat vəsait xərclənib. 2015 və 2016-cı illərdə də kifayət qədər böyük məbləğdə vəsait ayrılıb və bu vəsaitlərin ən azı 30-40 faizi məhz yol təsərrüfatına yönəldilib.
Bəs yollarımızın mövcud vəziyyəti xərclənən bu vəsaitlərə uyğundurmu?
Ağcabədinin, Zərdabın, Laçının… icra başçıları Bakıya hansı yolla gedirlər?
Sözümüzün canı var: “Təzadlar”ın Araşdırma Qrupu bölgələrdən daxil olan şikayətləri ümumiləşdirərək Azərbaycanın yol təsərrüfatındakı biabırçı vəziyyəti yerindəcə araşdırmaq qərarına gəldi... Olduqca qanqaraldıcı vəziyyətlə qarşılaşdıq. Monitorinq qrupu məcburi köçkünlərin yaşadıqları və neçə vaxtdır bir sıra problemlərinin işıqlandırılması xahişi ilə ünvan etdikləri ərazilərə də baş çəkməli oldu. Bunun üçün reportyor qrupu Bakıdan təyinat edərək Kürdəmir-Zərdab-Ağcabədi-Hindarx-Ağdam-Ergi qəsəbəsi (düşmənlə burun-burunadır) marşrutunu seçməli oldu. Yollardakı dağıntıları, yamaqları, çala və ölüm risqli xəndəkləri görərək Prezidentin Ehtiyat Fondundan adı çəkilən rayonların yol infrastrukturuna ayrılan vəsaitləri yadımıza saldıq. Bircə söz tapdıq: günahkarlar, insafınız olsun!!!
Ağcabədinin İcra Başçısı Şahin Məmmədovun məşhur şuarına niyə hamı gülür?
Bir məqamı diqqətə çatdıraq ki, bizi müşaiyət edən taksi sürücüsü monitorinq qrupunu Kürdəmirdən Mollakənd-Zərdab-Laçın-Ağcabədi marşrutu ilə mənzil başına çatdırmaq üçün bizdən 50 manat pul istədi. Dedik ki, çox bahadır... O isə səbəbini elə yol boyu bizə izah etməklə sübutlamağa çalışırdı ki, niyə bu qədər çox istədiyini biz də bilək... Və həmin yolları keçəndən sonra sürücüyə “Halalındır!” deməli olduq...
Sürücü Babək Afşarlı əslən Ağcabədinin Afşar kəndindən olduğunu bildirdi, yol boyu kədərli hadisələr danışdı, yol qəzalarının nədən baş verməsini faktlarla, canlı olaraq bizə söyləyirdi… “Ağcabədinin icra başçısı Şahin Məmmədovun 10 ildən çox olan icra başçılığı bircə onunla yadda qalıb ki, əl boyda Ağcabədininn mərkəzini gül-çiçəkli edib, bir də daim Bakıdan qonaq qəbul edib. Vəssalam. Nə vaxt gedirsən, köməkçisi deyir ki, Bakıdan qonaqları var... Deputat gəlib... Ağcabədinin deputatını hamı tanıyır. Yerli adamdır, yazıçıdır... Aqil adında bir yoldaşdır. İnanmırıq ki, həmin deputat il boyu Şahin Məmmədovu “zanit” eliyə... Bəs başçı bilmir ki, Bakıya getməkdən ötrü Ağcabədidən Hindarx-Ağdam-Bərdə, yaxud Ağcabədi-Kanalaltı yoluynan Bərdə-Bakı marşrutu ilə, ya da Ağcabədi-Beyləqan yolu ilə, lap sonda məcbur olub Ağcabədi-Zərdab-Kürdəmir yoluna çıxmaq lazımdır? Necə çıxasan? Hər addım ölümlə üz-üzə olmalısan. Prezidentin Allah canını sağ eləsin, hər il bir neçə dəfə rayonların yollarına vəsait ayırır. Həm də Ağcabədiyə... Bəs niyə Ağcabədi indi mühasirə vəziyyətindədir??? Hindarx yolu ilə getsən, yaxşı halda 1-ci qrup əlillik alacaqsan... Nədir, bizim də dörd tərəfimiz düşmən əhatəsindədir?! Bu yollar niyə bu gündədir?
Ağcabədinin İcra başçısı və 1-ci müavini Bakıdakı evinə hansı yolla gedirlər?
Taksi sürücüsünün ürəyi doludur:
-İcra başçısı Şahin Məmmədovun bir məşhur reklam-şüarı var... Baxın, söz ağzımdan çıxan kimi qarşımıza çıxdı : “Ata, ehtiyatlı ol, yolunu gözləyirik!”. Evə sağ-salamat çatanda uşaqlara deyirəm: “Ay uşaqlar, daha yolumu gözləməyin, Kürdəmir-Zərdab-Ağcabədi-Beyləqan, ya da Hindarx yolu bizi cəhənnəmə aparır, Şahin müəllim bu şüarı zarafat naminə yazdırıb...”.
Söhbətin bu yerində isə 04-AA-002 dövlət nömrə nişanlı avtomobil qarşımızdan Bakı istiqamətinə keçdi. Sürücü dərhal bizə həmin avtomobili göstərdi:
-Ağcabədinin İcra Başçısı Şahin müəllimin 1-ci müavini Rövşən Əhmədovun maşınıdır… Yəqin Bakıya gedir. Amma hansı yolla gedəcək? Ağcabədidən Bakıya getmək üçün bir neçə istiqamət var: 1-cisi, Ağcabədi-Hindarx-Ağdam-Bərdə-Bakı, 2-ci istiqamət: Ağcabədi-Laçın (taxta körpü)-Zərdab-Mollakənd-Kürdəmir-Bakı, 3-cü yol-Ağcabədi-Beyləqan-Bəhrəmtəpə-Sabirabad-Bakı yolu. Nəhayət, 4-cü yol-Ağcabədi-Kanalboyu adlanan yol-Bərdə-Yevlax istiqaməti. Biz artıq o vəziyyətdəyik ki, bilmirik bu 4 istiqamətin hansından istifadə edək. Gələndə Mollakənd-Zərdab-Ağcabədi yolu ilə gəldik. Ölüm göz ilə qaş arasında idi, gördünüz… Gecələr bu yollar daha təhlükəlidir. Hamı özünü qəflətən qarşılaşdığı dərin çalalardan xilas etmək istəyir. Bax bu getdiyimiz yol isə Hindarx yoludur. Təxminən 3-4 km olar. Ağcabədidən kanalaltı deyilən yol buradakı «MERO»nun qarşısından keçir, sonra Hindarx yolu başlayır… Bu yol ilə necə gedəsən??? Bu yollar bir ildən çoxdur belədir, toz-duman, çınqıllı təpələr… Allah eləməsin, kimsə çınqıllı yolda «tormoz»a bassa, sürüşüb girməlidir «KamAZ»ın altına…
«Ata, ehtiyatlı ol, yolunu gözləyirik!»
Bu şüara əsasən, Ağcabədi ərazisində rast gəlirik. Sürücünün dediyinə görə onun müəllifi RİH başçısıdır. Amma şüarla da iş keçmir, yolları təmir etdirmək lazımdır. Elə sürücü özü izah verir:
-Qurban olum, bəlkə də çox danışıram, amma dəfələrlə bu yollarda ağır qəzaların şahidi olmuşam. Bax, yol qıraqlarındakı o qırmızı lent, əklil qoyulmuş yerləri görürsünüzmü? Hamısı yol qəzalarında canını tapşıranların məzar nişanələridir. Qanı bura tökülüb… Yaxşı, kiminsə cibini doldurması yolunda bizim qanımız niyə tökülməlidir??? Ayıbdır vallah… Bu yolda ata necə ehtiyatlı olsun, ay başınıza dönüm?! Ölümü gözümüzün qarşısına alıb yola çıxırıq. Ayıb deyil? Ağcabədiyə gəlmək üçün bircə rahat yol qalır, o da Laçın-Şuşa yoludur, oranı da ermənilər nəzaərətə götürüb... Bizim bu məmurlar insafa gəlsinlər, bizim günahımız nədir axı…
«Azəravtoyol” ASC-nin 39 və 40 saylı yol idarələrinin yarıtmaz işi göz qabağındadır…
Sürücü Mollakənd yolundan Zərdaba tərəf dönəndə gözəgəlimli bir neçə iri reklam lövhələrini göstərmişdi. Lövhələrdəki bələdçi yazılardan məlum olur ki, «Allah, Allah!» deyib keçdiyimiz bu yollara «Azəravtoyol” ASC-nin 39 və 40 saylı «Yol istismarı» MMC-ləri xidmət göstərir… Həmçinin digər yollara da «Azəravtoyol” ASC-nin digər bu tip çoxsaylı, amma yarıtmaz işli MMC-ləri. Bilmirik, «Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov sonuncu dəfə bu yollardan nə vaxt keçib, amma çox istərdik ki, yuxarıda təsvir edilən, dislokasiyası göstərilən yollardan xidməti avtomobili ilə indi bir də keçsin. İnanırıq ki, o, Bakıya qayıtmamış, elə həmin ərazidəncə yamaqlı, çala-çuxurlu, keçilməz bu yolların istismarına cavabdeh MMC rəislərini vəzifələrindən dərhal azad edəcək.
Sürücü Ergiyə getməkdən niyə boyun qaçırdı?
Taksi sürücüsündən bizi araşdırılacaq şikayətlə bağlı Ergi deyilən və böyük bir köçkün şəhərciyi olan əraziyə aparmasını xahiş etdik… Üzümüzə kədərli baxışları ilə nəzər yetirib «Qurban olum, bu maşının borcunu hələ verib qurtarmamışam, məni çətinə salmayın, o yolla getsəm, bu maşını çölə tullamalıyam», -dedi. Səbəbini izah etdikcə onun necə əzab-əziyyətli bir yolun ağırlığını yaşadığını hiss edirdik… Telefonundakı fotoları bizə göstərdi, gerçəkdən adı çəkilən qəsəbənin yollarını yalnız traktorla keçmək mümkün idi… Amma biz köhnə bir «Jiquli» tapıb Ergi qəsəbəsinə getməli olduq. Çünki şikayətçiyə söz vermişdik…
Yeri gəlmişkən, Ağcabədinin İcra Başçısı Şahin Məmmədov da sonuncu dəfə Prezidentə söz vermişdi ki, rayonun sosial-iqtisadi vəziyyətinin tezliklə daha da yaxşılaşması təmin ediləcək… Amma o da var ki, rayonun və əhalinin sosial-iqtisadi vəziyyəti həm də yollardan başlayır. Çünki vətəndaş həmin yolla məhsulunu bazar-dükana aparır, xəstəsini xəstəxanaya çatdırır… Amma Ağcabədidə bunların ən vacibi çatmırdı: yolsuzluq…
Mövzuya qayıdacağıq.
«Təzadlar»ın Araşdırma Qrupu