Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Qalan şeylərə isə qoy Allah özü qərar versin" -Milyarder boşanmasından danışdı (VİDEO)

 

ferhad azpolitika info biznesmen

Yarım milyardlıq boşanma qalmaqalı ilə gündəmə gələn Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədov Bakıdadır.

Yenixeber.org:  61 yaşlı Fərhad Əhmədov APA TV-yə eksklüziv müsahibəsində keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə bağlı London məhkəməsinin çıxardığı qərara münasibət bildirib.

Onun sözlərinə görə, həm Böyük Britaniya, həm də yerli media bu məsələni daha da aktuallaşdırıb: “Bu, İngiltərə məhkəməsi tərəfindən məqsədli şəkildə düşünülmüş, qərəzli informasiya sızıntısı, məqsədli şəkildə düşünülmüş, analoqu olmayan bir qərar idi. Çünki o, Rusiya vətəndaşıdır. Bizim nikahımız Rusiyada qeydiyyata alınıb. Eyni zamanda elə Rusiyada da boşanmışıq. Ona görə də İngiltərə məhkəməsinin bu məsələyə müdaxiləsi yersiz, ildən-ilə çox detallı formada planlaşdırılmış bir şey idi. Mən əminəm ki, ingilislər Avropa İttifaqı ilə boşanmaq müqabilində kompensasiya ödəməkdən imtina etdiyi kimi, İngiltərənin ədalət mühakiməsinin qərarı da öz ədalətini mütləq tapacaq”.

Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini keçmiş həyat yoldaşı və onun vəkilləri tərəfindən “Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb. Hazırda isə eks-xanımı ilə münasibətlərinin normal olduğuna diqqət çəkib: “Münasibətlərimiz həmişə normal olub. Mən hər zaman Şərq kişisi, müsəlman olaraq uşaqlarımın atası kimi öz öhdəliklərimi yerinə yetirirəm. Qalan şeylərə isə qoy Allah özü qərar versin”.

Xatırladaq ki, London məhkəməsi F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu haqda qərar verib.

Qeyd edək ki, bu, Britaniya tarixində boşanma prosesində kəsilmiş ən böyük məbləğdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam