Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fərhad Əhmədov yarım milyardı ödəməkdən imtina etdi

Fərhad Əhmədov yarım milyardı ödəməkdən imtina etdi

 

Xəbər verdiyimiz kimi, London məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu qərarını verib.

Yenixeber.org:  “Qafqazinfo”nun məlumatına görə, 61 yaşlı iş adamı “RBK”ya açıqlamasında məhkəmənin hökmünü tanımadığını və ona əməl etmək niyyətində olmadığını bildirib.

“Britaniya məhkəmələri həmişə varlı kişilərin arvadlarının tərəfindədir. Məqsəd isə o kişilərin eks-həyat yoldaşlarının əldə etdikləri pulu İngiltərəyə, ölkə iqtisadiyyatına xərclətməkdir. Müvafiq hökm yalnız Britaniya ərazisində tətbiq edilir ki, ora ilə də mənim uzun zamandır ki, əlaqəm yoxdur. Mən İngiltərə vətəndaşı deyiləm”,- deyə F. Əhmədov söyləyib.

Qeyd edək ki, London məhkəməsi 2016-cı il dekabrın 15-də Tatyana Əhmədovanın xeyrinə qərar verib, lakin bu qərar bu il mayın 11-də dərc olunub və qüvvəyə minib. Bu barədə məhkəmənin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini eks-arvadı və onun vəkilləri tərəfindən “Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb. 

London məhkəməsinin qərarına əsasən, Tatyana Əhmədovaya ödənilməli olan təzminatın siyahısına Fransa və Londondakı daşınmaz əmlak, 350 min dollar dəyərindəki “Aston Martin” avtomobili, 90,5 milyon dollar məbləğindəki müasir incəsənət əsərlərinin kolleksiyası, eləcə də 5 ədəd “Holland and Holland” tüfəngi daxildir.

Bildirək ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu olub (ikinci oğulları 3 il sonra dünyaya gəlib).

Fərhad Əhmədov bu il “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam