Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"Mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam" -Vüsal Ələkbərov generalları hədələdi

eldar-movlan-vusal-300x210

“Bu dəstənin başçıları hardadır?  Burada mən yox, onlar niyə oturmayıb?”

“Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam”

Yenixeber.org:  Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Gununsesi.info xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti Vüsal Ələkbərovun vəkillərinin müdafiə çıxışı etməsindən sonra ona son söz üçün 1 həftə vaxt verib. Ancaq MTN-nin şöbə rəisi məhkəmədən 2 həftə vaxt istəyib.
Hakim son söz üçün 2 həftənin çox olduğunu qeyd etdikdə, Vüsal Ələkbərov bu müddətdə daha dərindən düşünərək sözügedən cinayət işi üzrə mövcud mütəşəkkil dəstənin başında duranların adlarını bir-bir əməlləri ilə açıqlayacağını bəyan edib: “Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?”
Qeyd edək ki, Vüsal Ələkbərov məhkəmədə çıxışı zamanı bu ifadələri işlədərkən milli təhlükəsizlik naziri Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutub. Onu da bildirək ki, Mövlam Şıxəliyev vəzifəsindən azad olunsa da hazırda azadlıqdadır.
Sonda nəzərinizə çatdıraq ki, Vüsal Ələkbərov bu cür açıqlamasından sonra məhkəmə kollegiyası son söz üçün ona 2 həftə vaxt verib.

Mövlan Şıxəliyev

Mövlan Şıxəliyev

Gununsesi.infonun Vüsal Ələkbərovun sensasion açıqlaması ilə bağlı apardığı araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxıb. Saytımızı bilgiləndirən mənbə Vüsal Ələkbərovun indiyədək susmasının səbəbini Mövlam Şıxəliyevlə həbsdəki istintaqçılar arasındakı razılıqla əlaqələndirib. Belə ki, MTN dağılandan sonra və həbslərin ilk dalğası zamanı istintaqçılar nazirliyin İstintaq Baş İdarəsinin rəisi general Mövlam Şıxəliyevin əleyhinə hər hansı ifadə verməyəcəyi, həmçinin, generalın da istintaq dövründə zərərçəkənlərə razılaşacağı barədə razılıq əldə ediblər.

Bu posesdə prokurorluq orqanlarının rəhbərliyi də zərərçəkənlərin maraqlarının təmini baxımından Mövlam Şıxəliyevin çöldə qalmasına göz yumub.

Öz növbəsində isə Mövlam Şıxəliyev bir neçə zərərçəkənin pulunu qaytarsa da MTN cinayətlərinin qurbanı olan bir sıra iş adamları bu prosesdən kənarda qalıb.  Həmin şikayətçilər isə məhkəmədə Vüsal Ələkbərova ən ağır cəzanın verilməsini təkid edir. Görünür, həyatının uzun illərinin həbsxanada keçəcəyini dərk edən Vüsal Ələkbərov Mövlam Şıxəliyev tərəfindən aldadıldığını anlayıb.

Məhz buna görə də son bəyanatını səsləndirib. Mənbəmiz qarşıdakı prosesdə Vüsalın və digərlərinin Mövlam Şıxəliyev və Eldar Mahmudov barəsində sensasion faktlar açıqlayacağını istisna etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam