Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Təhdidlərlə bağlı mühafizəmi gücləndirmişəm” -Hafiz Hacıyev öldürülmə ehtimalından danışdı

 

 

Yenixeber.org:  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qaynarinfo.az saytına açıqlamasında həyatına olan təhlükədən bəhs edib. Partiya sədri bildirib ki, onu öldürmək istəyirlər: “Bilirsiniz ki, rüşvətxorlarla mübarizə apardığım üçün həyatım hər an təhlükədədir. Bu səbəbdən müəyyən dairələr də xəbərdarlıq ediblər ki, ehtiyatlı davranım. Açıq şəkildə prezidenti müdafiə etməyim bəzi qruplar, bəzi dairələrin xoşuna gəlmir. Ona görə də hər an çalışırlar ki, məni həyatdan götürsünlər.”


Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan H. Hacıyev söyləyib ki, təhdid olduğu üçün mühafizəsini gücləndirib: “Son vaxtlar verdiyim açıqlamalar, xalqın fikirlərini yuxarılara çatdırmam bəzi şəxsləri, dairələri narahat edir. Ona görə də istəyirlər ki, üzərimə hücuma keçsinlər. Məsələn, hüquqşünas Aslan İsmayılov məni məhkəməyə verib. Deyir ki, guya onu təhqir etmişəm. Əslində isə təhqir yox, tənqid etmişəm. Gürcüstanda tutulanlar göstərdi ki, mən bu barədə bir neçə ay öncə dediyim fikirlərimdə haqlıyam. Rüstəm İbrahimbəyovun Gürcüstana gəlməsi, bizim partiya sədrlərinin gedib orada ən bahalı hotellərdə görüşlər keçirməsini mən daha öncə də bildirmişdim. Aslan İsmayılovu da məhz bu aspektdən tənqid etmişdim. İndi mənim üzərimə gəlir, məhkəməyə verir. Bundan başqa, bəzi məmurları da tənqid etdiyim üçün hakimiyyət daxilində də sözlərimdən narahat olanlar var. Onlar da çalışırlar ki, mənim başıma hansısa iş gətirsinlər. Hakimiyyətin daxilində müəyyən qüvvələr var ki, onlar isə mənim prezidenti açıq şəkildə müdafiə etməyimdən narahatdırlar. Bir sözlə, narahatlıq hissi ilə hamısı sanki baş qaldırıblar. Ölkə prezidentini onun ailəsini və ya digər şəxsləri təhqir edənlərə heç kim reaksiya vermir. Mən dillənəndə isə kimisə qabağa verirlər ki, Hafiz Hacıyevi məhkəməyə versin. Ancaq bütün bunlara baxmayaraq, heç də sakit oturası deyiləm. Yenə də ermənilərə işləyənləri ifşa edib, əlimdəki faktları açıqlayacağam. Bütün bu təhdidlərə görə mövcud olan mühafizəmi son zamanlar daha da gücləndirmişəm. Ancaq məni mühafizə edən şəxslərin kimlər olduğunu, onların harada dayandıqlarını söyləyə bilmərəm. Çünki mənə qarşı olan şəxslərin imkanları böyükdür, çalışarlar ki, onları da ələ alsınlar. Mənə qarşı olanlar bilsinlər ki, Hafiz Hacıyev küçədən keçən adam deyil. Hər halda, özümüzü qorumağı bacarırıq”.


Hafiz Hacıyev bildirib ki, bütün təhdidlərə baxmayaraq, partiya fəaliyyətlərini də gücləndiriblər və prezident seçkilərinə hazırlaşırlar: “Elçibəy hakimiyyəti dövründə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı işləmiş, Milli Şuranın üzvü olmuş Bağırov Rahim Yaşar oğlu partiyamızın sıralarına daxil olmaq üçün ərizə ilə müraciət edib. Artıq o, partiyaya üzv kimi qəbul olunub”.


H. Hacıyev söyləyib ki, yaxın zamanlarda mitinq keçirməyi planlaşdırırlar: “Bizdə mitinq komitəsi daimi fəaliyyət göstərir. Açığı deyim ki, bugünlərdə mitinq keçirməyi planlamışdıq və bunun üçün lazımi işləri də aparırdıq. Ancaq Azərbaycanda beynəlxalq yarışların keçirilməsi səbəbindən, bu planımızı bir qədər ertələdik. Buna baxmayaraq, indi də mitinqlə bağlı zəruri işlərimizi görürük. Azərbaycanının əleyhinə işləyən partiyaları ifşa etmək üçün çox böyük mitinqimiz gözlənilir. Biz onlara göstərəcəyik ki, stadionu necə doldururlar. Hər halda, Azərbaycanda müxalifətin nə olduğunu hər kəsə sübut edəcəm. Bəzi nazirlər var ki, onları da yola salacağam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam