Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibi elan olundu

acilis

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi bəllidir.

Yenixeber.org:  Yarışın 10-cu günü medal sıralamasında 1-ci olan ölkəni rəsmiləşdirib.

İslamiadanın sonuncu gününün nəticələrindən asılı olmayaraq, Azərbaycan millisi yarışın qalibi adını təmin edib. Belə ki, hesabında 75 qızıl, 46 gümüş və 33 medal olan ölkəmiz digərləri üçün əlçatmazdı.

Düzdü, ümumi medal sayında Türkiyə bizdən öndədi. 68 qızıl, 63 gümüş və  54 bürünc medala malik qonşularımız 185 dəfə fəxri kürsüyə qalxıb. Bu göstəricidə 31 medal öndə olan “ay-ulduzlular” çempionluq sayında Azərbaycana çata bilməz.

Belə ki, 75 qızıl medalı olan ölkəmiz Türkiyə üzərindəki 7 çempionluq üstünlüyü sonadək qoruyacaq. Çünki bu gün cəmi 11 dəst medal sahibini tapacaq. Bunlardan ikisi tennis, ikisi stolüstü tennis, yeddisi uşu növünə təsadüf edəcək. Türkiyə millisi 11 finaldan yalnız beşində qüvvəsini sınayacaq. Bunlardan ikisi tennis, ikisi uşuda, biri isə stolüstü tennisdə olacaq. Bu isə o deməkdi ki, qonşularımız ən yaxşı halda 73 çempionluqla kifayətlənəcək. Beləliklə, yığmamız tarixinin ilk ümumi komanda hesabındakı qələbəsini vaxtından əvvəl təmin edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam