Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vidadi Zeynalovun məhkəməsi baş tutmadı

Vidadi Zeynalovun məhkəməsi baş tutmadı

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenixeber.org:  “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses təqsirləndirilən, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkillərinin qatılmaması səbəbindən baş tutmayıb.

Səhər saat 11-ə təyin edilən iclasa V.Zeynalovun 4 vəkilindən heç biri gəlmədiyi üçün saat 14:00-a kimi fasilə elan olunub. Günün ikinci yarısında davam etdirilən iclasda hələ də vəkillərin gəlmədiyi bəlli olub.

V.Zeynalov isə vəkillərindən xəbəri olmadığını deyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev buan etiraz edib: “Əgər vəkillər prosesə gəlməyəcəkdilərsə, əvvəlcədən xəbər verməli idilər. 11 nəfər təqsirləndirilən və bu qədər vəkil məhkəməyə gəlib, amma proses baş tutmur. Onlar məhkəməni uzatmaq istəyirlərs, nə qədər vaxt istədiklərini əvvəldən desinlər”. 

Prosesdə növbəti dəfə saat 17:00-a kimi fasilə elan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam