Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fərəcovun “fərasət”i sahibkarları çökdürür -“Şərq”in giriş-çıxış yolları bağlanıb


Fərəcovun “fərasət”i sahibkarları çökdürür- “Şərq”in giriş-çıxış yolları bağlanıb

Sumqayıtda icra başçısı 66 sahibkarın əmlakını heç bir məhkəmə qərarı olmadan tarmar etdirir... - Ölkə qanunlarına məhəl belə qoyulmur

Yenixeber.org:   İcra başçısı Zakir Fərəcov deyib ki, lazım olsa güc tədbiq edəcəyik.

“Uşağın gücü çatmayıb aparatı tez yığışdırmağa, icra başçısının müavini Akif Quliyev “Qril” aparatını təpiklə vurub sındırıb”
Bildiyiniz kimi “Şərq Bazarı” ətrafında baş verən olaylar 2011-ci ildən başlayıb və çəkişmə qurtarmaq bilmir. Uzun müddətdir mətbuatın gündəmindən düşməyən məsələ dəfələrlə “Gündəm Xəbər”in səhifələrində işıqlandırılıb. Məsələ kifayət qədər işıqlandırıldığından uzun-uzadı məhkəmə qərarları ilə bezdirmək istəməzdik. Məsələnin kökündə “Şərq bazarı” nın direktoru Rəşid Babayevin və onun məmur havadarlarının 66 sahibkara məxsus dükanları onların əlindən almaq, söküb yerinə özləri üçün obyekt tikməkdir. İş ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları, Apellyasiya Məhkəməsi də , Ali Məhkəmə də sahibkarların xeyrinə qərar çıxarıblar. Ümumiyyətlə R. Babayev bütün məhkəmələrdə məğlub olmuşdur. Amma buna
baxmayaraq sahibkarlar daima R.Babayev və yerli məmurlar tərəfindən təzyiqə, təhdidə məruz qalır, keçən il isə onların dükanlarının qabağı icra hakimiyyəti tərəfindən hasarlanmışdır ki, bu da onların onsuz zəif olan ticarətinə çox pis təsir etmişdir. Məhkəmənin qərarı ilə Əmlak Komitəsi R.Babayevin və şərikinin mülkiyyətində olan 1 hektar 8 sotdan ibarət olan topaq sahəsinin çıxarışı ləğv etmiş və həmin ərazinin 25 sotu sahibkarların mülkiyyətinə verilmişdir, yəni haqq-ədalət bərqərar olmuşdur. Üstəlik Əmlak Komitəsi Babayevin sənədləri, mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan, onun ərazisi 25 sot azaldığından yenidən komitəyə ərizə ilə müraciət etməsi xahiş edib, amma çox qəribə də olsa R.Babayev indiyədək Əmlak Komitəsinin Sumqayıt Ərazi idarəsinə müraciət etməyib və qalan torpaq üzərində olan mülkiyyət hüququnu qeydiyyatdan keçirib təsdiq etdirməyib, sənədlərini təzələməyib. Yəni onun sahibkarları məhkəməyə verməyə heç hüququ da yoxdur.
Onu da aydınlıq üçün bildirək ki, sahibkarların yerləşdiyi yer onların şəxsi mülkiyyətidir və ərazi ümumən eyni- “Şərq bazarı”adlansa da Babayevə məxsus ərazi, inzibatı bina, bazar korpusu tamamilə ayrıdır.
Sahibkarlar “Gündəm Xəbər”ə bildirir ki, dünən icra başçısı Zakir Fərəcov çoxsaylı işçiləri ilə əraziyə gəlmiş lakin sahibkarlarla yox, bazarkom Rəşid Babyevlə görüşmüşdür. Halbuki Zakir Fərəcov keçən il yayda elə qəbuluna düşən sahibkarların nümayəndələri ilə söhbətdə demişdir ki, onların da təqdim etdiyi yeni layihəyə baxa bilər , o layihə də müzakirə oluna bilər, sahibkarları dəstəkləmiş və onlarla xoş söhbət etmişdir.
İcra başçısı ilə görüşüb söhbət etmək istəyən dükan sahiblərini-sahibkarları yaxına buraxmayıblar. Zakir Fərəcov bazarkomla söhbətdə bildirib ki, buralar söküləcək və yerinə 4 mərtəbəli Ticarət Mərkəzi tikiləcək. Sahibkarlar icra başçısından soruşanda ki, bəs biz 66 sahibkarın hər-bir dövlət sənədi qaydasında olan dükanları necə olacaq, onlara cavab verilib ki, söküləcək , lazım olsa lap güc tədbiq olunacaq. Sahibkarlara isə guya təzə tikilən ticarət mərkəzindən 16 kvm yer veriləcək. (Halbuki sahibkarların yeri Əmlak Komitəsindən verilən sənədə görə 20 kv. metrdir.) Amma sahibkarlar dükanlarının qəti surətdə qərarsız-filansız abadlıq bəhanəsi ilə sökülməsinə qarşıdırlar.

Fərəcovun “fərasət”i sahibkarları çökdürür -

Onlar düşünür ki, dükanları söküləndən sonra tikilə biləcək onlara 1 kvadrat metr belə yer verilən deyil. Uzağı onlara arendaya yer verəcəklər . Bundan başqa sahibkarlar haqlı olaraq deyir ki, şəxsi mülkiyyət yalnız dövlət ehtiyacı üçün sökülə bilər və qanunla da bunun üçün müvafiq kompensasiya nəzərdə tutulur. Bundan başqa təzə tikilə biləcək ticarət mərkəzində onlara guya veriləcək yeri hüquqi baxımdan da realığa uyğun deyil, bu daha çox başaldatmağa oxşayır.
Bazarın ətrafındakı yolların qabağına traktor vasitəsilə daş blokların qoyulması və maşınlara giriş-çıxışın bağlanması da onu göstərir ki, icra hakimiyyəti ölkə qanunlarına məhəl qoymadan sahibkarların qanuni dükanlarını heç bir məhkəmə qərarı olmadan sökmək istəyir və bunu abadlıq bəhanəsi ilə həyata keçirmək istəyir. Halbuki sahibkarlar ikiəlli dükanlarını müasir standartlara cavab verməsini, ümumiyyətlə abadlıq işlərini həmişə dəstəkləyiblər. Sahibkarların “Gündəm Xəbər”ə bildirir ki, abadlıq yaxşı şeydir, amma bu mülkiyyət hüququnun tapdanılması hesabına baş verməməlidir. 2014-cü ildə ərazini abadlaşdırmaq işi Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdir müavini Kamil Məmmədova tapşırılıb və sahibkarlar da ərazini öz şəxsi vəsaitləri hesabına abadlaşdırmağa başladılar, 100 min manatdan çox xərc də çəkildi. Mmma iş başlayandan bir müddət sonra Rəşid Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verdi. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırıldı. Bu da onu göstərir ki, abadlıq məsələsi bəhanədən başqa bir şey deyil. Əgər abadlıq əsas məqsə olsa idi Rəşid Babayevin yolun
kənarındakı antisanitariya vəziyyətində olan, heç ucqar kəndlərdə belə olmayan biabırçı, qanunsuz meyvə- tərəvəz bazarı uzun illərdir fəaliyyət göstərməzdi. Məqsəd tamam başqadır.
Aprelin 17-si özünü Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin işçisi kimi təqdim edən şəxs sahibkarlara, abadlıq və yenidənqurma işləri çərçivəsində dükanlarından mallarını boşaldılması və tikinti işlərinə başlanılması üçün şərait yaratmalrı haqda xəbərdarlıq-bildiriş vərəqi paylamaq istəyib. Həmin bildirişdə həmçinin qeyd olunub ki, yeni tikiləcək, müasir standartlara cavab verəcək ticarət mərkəzində guya sahibkarların da müvafiq ölçüdə ticarət sahəsi ilə təmin oluması nəzərdə tutulub. Sahibkarların əksəriyyəti bu bildirişi heç götürməyib və onu qeyri-ciddi, qeyri qanuni bir kağız parçası adlandırıblar.
Sadəcə Rəşid Babayev və onun icra hakimiyyətindəki havadarları, şərikləri artıq qanuni yolla məqsədinə çata bilmədiyini görüb bu addımlara əl atırlar.
“Bu qanunsuzluq və Azərbaycan qanunlarına saymamazlıq, hörmətsizlikdir. Bu bizim şəxsi mülkiyyətimizdir və obyekti sökmək üçün mütləq məhkəmə qərarı olmalıdır və bu məsələ ümumiyyətlə memarlığın, nə də icra hakimiyyətinin səlahiyyətində deyil”. Maraqlıdır ki, ümumiyyətlə icra hakimiyyəti nə vaxtdan kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyətini əldə edib ticarət mərkəzi tikdirir?!
Sahibkarların dükanalrını sökmək işində ən çox cafəşanlıq edən isə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin birinci müavini Akif Quliyev olub. Həmin Akif Quliyevdir ki, Rəşid Babayevlə söhbət zamanı onun 2011-ci ildə Rəşid Babayevə ”Lazım olsa, özüm traktora oturub bunların dükanını sökəcəyəm" deməsi o zaman qəzet, manşetlərinin başlığına çevrilmişdi. İndi təsəvvür edin, belə deyən məmurdan qanunun aliliyini gözləmək nə qədər düzgündür?! Şahidlərin redaksiyamıza dediyinə görə, hətta icra hakimiyyəti dünən əraziyə gələn zaman yan-yörədə küçə ticarəti ilə məşğul olanları qovarkən,”Qril” aparatının yığışdırılmasını tələb edib. Lakin deyilənə görə aparatı gücü çatmadığına görə uşaq tez götürə bilməyib və Akif Quliyev təpiklə vurub aparatı sındırıb. Ümumiyyətlə Akif Quliyevin ən böyük arzularından biri sanki 66 sahibkarın
düknalrını sökməkdir. Hətta daş blokları da qoymaqda şəxsən özü iştirak edib. Axşam isə əraziyə gələrək sahibkarlara deyib ki, siz hələ mallarınızı çıxartmamısınız?
Bəzi məmurlar unudur ki, onların borcu, möhtərəm prezident İlham Əliyevin dediyi kimi xalqa xidmət etməkdir, gəlib demək yox ki, dükanlarınızı başınıza ucuracam. Onlar prezidentin dediklərinə qarşı çıxaraq vətəndaşlara təkəbbürlülük edir, ona yuxarıdan aşağı baxır, onunla kobud, aqresiv davranır. Lakin onlar unudur ki, prezidentin dediyi kimi axır-əvvəl cəzalanacaqlar.
Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir.
Hal-hazırki iqtisadi böhran şəraitində ölkə prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir və məmurlara dəfələrlə xəbərdarlıq da edib ki, sahibkarların fəaliyyətinə mane olmasınlar, vətəndaşlara xidmət etsinər, əksinə onların qayğıları ilə maraqlansınlar.Və sahibkarlar da ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir, prezidenti dəstəkləyir və ona inanırlar.
Ona görə də bütün bunlara baxmayaraq sahibkarlar bütün qanuni vasitələrdən istifadə edib hüquqlarını qorumaqda israrlıdırlar. Onların başqa yolu da yoxdur, əksəriyyətinin başqa qazanc yeri də yoxdur.
Sahibkarlar düşünürlər ki, bu cür özbaşınalıqla məmurlar vətəndaşları dövlətə qarşı incik salmış olurlar. Bu da yolverilməzdir və məmurların qanunları saymaması dövlət başçısı tərəfindən dəfələrlə qətiyyətlə pislənilib və onlar cəzalanıb.
Həm də onlar hüquqi dövlətdə yaşadıqlarına inandıqlarından bu cür qanunsuzluğun baş verəcəyinə inanmırlar və lazım gələrsə məsələ ilə bağlı ölkə rəhbərliyinə şikayət edəcəklərini bildirirlər.(Teref.info)

 

Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam