Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sumqayıtda bazarı oyunu:generalın qardaşı və Abdulatipov kimi qoruyur?-Foto

 

68
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov

 Yenixeber.org: Bu ilin mayında Sumqayıtın 9-cu mikrorayonunda “Şərq Bazarı”nın sökülməsi ilə qalmaqal səngimir.

Məlumata görə, 66 sahibkarın obyekti yerlə-yeksan olundu və onlara bir qəpik də kompensasiya ödənilmədi.

O gün – bu gün sahibkarlar hüquqları uğrunda mübarizə aparırlar. Amma onların səsinə səs verən yoxdur.

Bir müddət əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyəti iş adamlarına vəd vermişdi ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq müasir ticarət mərkəzi tikiləcək.

ŞİH etiraf etmişdi ki, “Şərq Bazarı”nda çalışan 66 sahibkarın hər birinin dükanlarının qanuni mülkiyyət sənədləri mövcuddur.

Və yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 18 kvadrat metr yerlə təmin olunacaqlar.

Amma verilən vədlər söz olaraq qalıb. Söküntünün üstündən 7 aydan çox vaxt  keçməsinə baxmayaraq, ticarət mərkəzinin tikintisinə başlanmayıb.

Amma 66 sahibkar obyektindən, çörəkpulu yerindən məhrum olsa da, “bazarkom” Rəşid Babayevə məxsus bina saxlanıb.

Tikintinin yubanmasına səbəb də elə R.Babayevə məxsus həmin inzibati binanın sökülməməsidir.

Redaksiyamıza məktub yazan sahibkarlar sual edirlər ki, Sumqayıtın icra başçısı binanı sökməyə gücü çatmırdısa, niyə 66 sahibkarın sənədli yerləri dağıdıldı?

Əgər ərazi şəhərin gözəlliyinə xələl gətirirdisə, yenə də zir-zibil içində boş, xarabalığı xatırladan ərazi eynilə rüvayçı mənzərədir. Hətta iddialara görə, R.Babayev binanın sökülməməsi üçün ən yüksək eşalona çxıb.

O, Rusiya prezidenti Vladimir Putinə, Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipova, Rusiyadakı ləzgi cəmiyyətlərinin birinə müraciət edib. Bundan sonra binanın söküntüsü dayandırılıb və iş adamı muradına çatıb.

Ona dəstək verənlər arasında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı, Sumqayıt şəhər icra başçısının müavini Akif Quliyevin olduğu da söylənir.

Yayılan son məlumata görə sökülən ərazidə tikiləcək ” Sumqayıt  Mall” icra başçısına yaxın sahibkar tərəfindən inşa olunacaq.Yunis Cəfərov/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam