Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Adı qətldə keçmiş Xudat şefi haqda ilginc iddialar

 

Xudatın icra nümayəndəsi Akif Mərdanov sahibkarları aylığa oturdub

Xeberinfo.com:   Bu barədə Politika.Az-a məlumat verilib. Məlumata görə, A.Mərdanov Xaçmazda icra başçısının müavini olub. 

Onun vəzifəsindən kənarlaşdırılıb Xudata gətirilməsinin səbəbləri var. Bu səbəblər barədə danışan mənbə qeyd edir ki, Mərdanov elə getməyə məcbur olub. 
Onun düşdüyü situasiyadan rayon ictimaiyyəti xəbər tutub. Amma qaynağımız iddia edir ki, Mərdanov həmin əməlini Xudatda davam etdirir. 

Qaynağımız bildirir ki, A.Mərdanovun Xaçmazda bütün obyektləri əlindən çıxıb. Buna səbəb də məhz başçı müavini vəzifəsində olarkən başına gələn əhvalatdır. 

Bir müddət əvvəl Mərdanov öz yaxın ətrafı arasında tezliklə rayon icra hakimiyyətinin başçısı olacağı haqda təbliğata başlamışdı. 

Belə ki, A.Mərdanov özünə yaxın bildiyi şəxslər arasında parlament seçkilərindən sonra hazırkı icra başçısı Şəmsəddin Xanbabayevin vəzifədən azad olunacağını və onun bu posta təyin ediləcəyini bildirirdi. Lakin onun arzusu ürəyində qalıb. 

Məlumata görə, onun adı qətl işində də keçib. Xaçmaz mərkəzi bazarının sahibi Nəcimə Babayevin öldürülməsi haqda oğlu Fuad Həbibov danışarkən Mərdanovun da adını çəkmişdi:

“Keçmiş icra başçısı Əbülfəz Hüseynovun dövründə hazırkı icra başçısının müavini Akif Mərdanov, Azad Yaqubov və digərləri birləşib bazarı anamdan almaq istəyirdi. Gəlib camaatı bazardan çıxarıb deyirdilər ki, çıxın gedin, bazar bağlanır. 

Bu şəxslər hələ 2007-ci ildə bazarın ələ keçirilməsi planı başlayanda Xanbabayevə anamız haqqında biryolluq tədbir görülməsi barədə ərizə yazıblar. Akif Mərdanov isə guya sıravi vətəndaş kimi Məlikova müraciət yazıb. 

Anamın direktoru olduğu ticarət mərkəzinin fəaliyyətinin dayandırılmasını, əvəzində isə yeni ticarət mərkəzinin yaradılmasını tələb edib. Bu faktlar bazarı anamın əlindən kimlərin almaq istəməsini açıq-aşkar ortaya qoyur”. 

Qarşı tərəfi dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam