Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sumqayıtda «Şərq Bazarı» «müharibəsi» - FOTOLAR

İcra başçısının müavini Akif Quliyevlə sahibkar Rəşid Babayev birləşərək 66 nəfərin dükanının qarşısını hasarladı, aksiya gözləntisi var 

Xeberinfo.com:  Sumqayıt şəhərində hələ sovet dövründən fəaliyyət göstərən «Şərq Bazarı» ətrafında qalmaqal yenidən baş qaldırıb. Bu barədə JAM.AZ-a məlumat verən dükan sahibləri bildiriblər ki, sahibkar Rəşid Babayevlə Sumqayıt İcra Hakimiyyəti başçısının birinci müavini Akfi Quliyev birləşərək, onlara məxsus olan 66 dükanı əllərindən almağa çalışırlar. 
Qeyd edək ki, «Şərq Bazarı»nda 66 dükanla bağlı məsələ hələ xeyli əvvəl də problemə çevrilmişdi. Belə ki, Rəşid Babayev onların əmlaklarını əllərindən almağa çalışırdı. Lakin işin məhkəmə müstəvisinə qədər gedib çıxması və orada Babayevin əleyhinə qətnamələrin çıxarılması nəticə etibarı ilə sahibkarın geri çəkilməsinə səbəb olmuşdu. Amma proses yenidən başlayıb və bununla bağlı ilk addımlar belə atılıb. 
Dükan sahiblərinin dediyinə görə, Akif Quliyevlə Rəşid Babayev bütün vasitələrdən istifadə edərək, onların əmlaklarını sökməyə hazırlaşırlar. «Artıq dükanlarımızın qarşısı hasarlanıb. Abadlaşdırma adı altında həyata keçirilən proses nəticəsində dükanlarımız fəaliyyətsiz hala düşüb. Nəticədə, 300 nəfərə yaxın insan işsiz qalıb».
Onlar bildirirlər ki, vəziyyətlə əlaqədar Akif Quliyevlə bir neçə dəfə görüşüblər. İcra başçısının müavini isə hər dəfəsində müxtəlif fikirlər səsləndirib. «Akif Quliyev birinci dəfə bildirdik ki, dükanlar söküləcək. Sonrakı görüşdə isə vurğuladı ki, dükanlar sökülməyəcək, amma qarşısı hasarlanacaq. Ona görə də, mallarımızı oradan çıxarmalıyıq. Çünki abadlaşdırma işləri aparılan zaman mallara zərər dəyə bilər. Sonuncu görüşdə isə müavin bizə icra başçısı Zakir Fərəcovun fevralın 26-da imzaladığı Rəşid Babayevə məxsus «RŞHT» şirkətiylə bağlı sərəncamı göstərib». Məlumat verən şəxslərin dediyinə görə, həmin sərəncamda onlara məxsus 66 dükandan söhbət getmir. Sadəcə, vurğulanır ki, Rəşid Babayevə məxsus olan ərazidə yenidənqurma və abadlaşdırma işləri aparılacaq. «Bazarın müdiri Rəşid Babayev hələ 2010-cu ildə “Şərq bazarı”nın bir hektardan çox ərazisini gizlincə və qanunsuz olaraq özəlləşdirəndən sonra, həvəslənərək sözügedən 66 obyekti sahibkarların əlindən almaq ,sonradan isə ümumiyyətlə sökmək istəyirdi. Baxmayaraq ki, cəmi 12 sot ərazini əhatə edən 66 obyektin sahiblərinin əlində dükanların onlara məxsus olması haqda “daşdan keçən” tam qanuni sənəd olub». 
Sahibkarlar düşünürlər ki, sadəcə “bazarkom” Rəşid artıq qanuni yolla dükanları sökdürə, ələ keçirə bilmədiyini görüb Şəhər İcra Hakimiyyətindəki və başqa məmurlara arxalanaraq, onların dükanlarını, guya, abadlaşdırmaq məqsədilə hasarladaraq müflis edib, sonra isə dükanlarını əlindən almaq istəyirlər. 
Yaranmış vəziyyətdən dolayı 66 dükanın sahibi iyunun 20-də bir araya gələrək, Prezident Admnistrasiyasının qarşısına gedəcəklər. Onlar hüquqlarının bərpasını və baş verən qanunsuzluqlara son verilməsini tələb edəcəklər. 
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam