Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çempionumuz Türkiyədə niyə güllələnib? -ŞOK TƏFƏRRÜAT

 

Kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadənin Türkiyədəki insidentdə güllələnməsinin təfərrüatı məlum olub.
Yenixeber.org:  BakiPost.az-ın əldə etdiyi məlumata görə, Kastamonu şəhərində baş verən silahlı qarşıdurmanın səbəbi yerli bələdiyyə sədri Tahsin Babaşın oğlu ilə əlaqəli olub.
Belə ki, bələdiyyə sədrinin oğlu Metexan Babaş Kastamonu İdman işləri üzrə müdir vəzifəsində çalışır. Onunla silahlı hücum təşkil edən qrup arasında uzun müddətdir ki, ədavət olduğu bildirilir. 
 
Tahsin Babaş və oğlu Metexan Babaş
Tərəflərin mübahisəsi ötən gecə daha sərt müstəviyə keçib və silahlı insident yaşanıb. E.Əlizadənin isə bələdiyyə sədrinin yanında olması onun da yaralanması ilə nəticələnib. 
Qeyd edək ki, Dünən axşam saatlarında Türkiyədə yaşayan və təhsil alan kikboksçu Eldar Əlizadənin güllələndiyi ilə bağlı məlumat yayılıb.
Məlumatda bildirilir ki, Kastamonu bələdiyyə sədri Tahsin Babaşa qarşı silahlı hücum olub. Nəticədə 6 nəfər yaralanıb. Yaralananlar arasında azərbaycanlı kikboksçu Eldar Əlizadə də olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam