Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mədət Quliyev Putinlə görüşdə- FOTO

 

Mədət Quliyev Putinlə görüşdə - FOTO

Rusiya prezidenti Vladimir Putin MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib.

Yenixeber.org: Görüşdə Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib. Putin görüşdə Suriyadan qaçan terrorçuların üzərində effektli nəzarət həyata keçirmək üçün MDB xüsusi xidmət orqanlarının əməkdaşlığının vacib olduğunu söyləyib: "Terrorla mübarizə xüsusi xidmət orqanlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Terrorçuluğa gəldikdə isə, sizə heç nə demək lazım deyil. Siz özünüz hər şeyi bilirsiz. Bu istiqamətdə lazımi məlumatları biz məhz sizdən alırıq. Bizim üçün dünyada bu sahədə nələrin baş verdiyi olduqca önəmlidir. Hazırda vəziyyət çöx gərgindir".



Putin görüşdə iştirak edən MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinə rusiyalı həmkarlarına təqdim etdikləri məlumatlara görə təşəkkürünü bildirib: "Beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizə ancaq birgə əməkdaşlıq şəraitində mümkündür".

Rusiya prezidenti təhlükəli cinayətkarların reyestrinin yaradılmasının dəfələrlə təklif olunduğunu xatırladıb: "Lakin təəssüflər olsun ki, tam və ətraflı cavab almamışıq. MDBölkələri xüsusi xidmət orqanlarının bundan sonra da əməkdaşlığına ümid edirəm. Mütəşəkkil cinayətkarlığa və qeyri-qanuni miqrasiyaya qarşı birgə əməkdaşlıq dövləti daxildən möhkəmlətməyə imkan verir". (APA)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam