Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KİV-lər Eldar Mahmudovun “etibarlı şəxs”-lərinin adlarını açıqlamalı idimi? -Hüquqşünas rəyi

 

eldar mahmudov video

Bir neçə gündür ki, ləğv olunmuş MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə İttiham aktında “Etibarlı şəxs” qismində adı keçən bir neçə tanınmış şəxsin KİV-lərdə adının açıqlanması ətrafında müzakirələr gedir. 

Yenixeber.org:  İttiham aktından belə məlum olur ki, Elçin Quliyev, müavini İlqar Əliyev və digərləri təkcə 2011-2015-ci illərdə “Şimal küləyi” və “Qütb gecəsi” adlı əməliyyatlara xüsusi xərclər smetasından ayrılan 7 milyon manatdan artıq pulu, guya sözügedən əməliyyatlarda informator rolunu oynayan müxtəlif “etibarlı şəxslərə”, yəni agentlərə ödəyiblər. Maraqlıdır ki, “etibarlı şəxslərin” bir qisminin yalnız “kod adları” göstərilsə də, bəzilərinin “kod adları” ilə yanaşı həqiqi adları öz əksini tapıb və KİV-lərdə bu adlar tirajlanıb.

Bu da müxtəlif istiqamətdə müzakirələrə, mübahisələrə səbəb olub. Bəzi ekspertlər bu adların ittiham aktına salınaraq, açıqlanmasını tənqid ediblər. Onların fikrincə, bu, yanlış addım olub.

1494572017-471Ancaq bu zaman unudulur ki, əvvalaadları çəkilən şəxslər dövlət maraqlarına deyil, MTN-də müxtəlif qanunsuzluqlarla məşğul olan şəbəkəyə xidmət ediblər.Hansı ki, bu şəbəkə məhz həmin agentlərin adına yazmaqla, milyonlarla manat dövlət vəsaitini mənimsəyiblər. Bu adamlar da həmin mənimsəmədə ya alət olublar, ya da iştirak ediblər. Yəni, bu adamlardan informator kimi istifadə edənlər dövlətin təhlükəsizliyini qorumaqla deyil, mənimsəmələrə, qarətlərə, soyğunçuluqla məşğul olublar.

İkincisi, adıçəkilən şəxslərin adlarının ittiham aktında açıqlanması, onların ifşasının dövlət qurumlarında heç bir narahatlıq yaratmadığı qənaətini formalaşdırır. Çünki ittiham aktı bu işdə adı zərərçəkən kimi keçən, onlara vəkillik edən onlarla şəxsə paylanılır. Eyni zamanda açıq keçən məhkəmə prosesində ittiham aktı élan olunduğundan, kimlərin adlarının hansı işlərə bulaşması iştirakçılara da məlum olur. Ona görə də, ittiham aktında “etibarlı şəxs” kimi adı keçən şəxslərin hansı əməlləri törətməsinin bir gün tez və ya bir gün gec, ictimaiyyətə məlum olacağı şübhə doğurmur. Ona görə də, bu məsələdə medianın günahkar élan edilməsi yersiz görünür.

ademElə tanınmış vəkil Adəm Məmmədov da Eldar Mahmudov və dəstəsinin qanunsuz işlərində adları keçən “etibarlı şəxslərdən” bəzilərinin adlarının ictimaiyyətə açıqlanmasına görə, medianın ittiham olunmasını doğru saymır:“Mətbuatın vəzifəsi hardansa dəqiq informasiyalar, faktlar əldə edərək, onu ictimaiyyətə çatdırmaqdır. Bunun üçün əli çatan, açıq olan bütün məlumatları yaymaq hüququna malikdir. Əlbəttə, dövlət sirri hesab edilən məlumatlar istisna olmaqla. Belə məlumatları qorumaq isə ilk növbədə dövlət orqanlarının vəzifəsidir”.

Bu baxımdan Adəm Məmmədovun sözlərinə görə, əgər müfaviq dövlət orqanları Eldar Mahmudov, Elçin Quliyev və digərlərinə xidmət göstərmiş şəxslərin adlarının ictimaiyyətə açıqlanmasını istəmirdilərsə, onların əsl adlarını ittiham aktına salmalı deyildilər: “Hesab edirəm ki, bu məsələyə görə məsuliyyət ilk növbədə müvafiq istintaq orqanının üzərinə düşür. Daha dəqiqi sözügedən ittihan aktını hazırlayan müstəntiqlərin. Əgər doğrudan da bu şəxslərin adları istənmədiyidi halda, ictimaiyyətə açıqlanıbsa, bu müstəntiqlərin təcrübəsizliyindən irəli gəlib. Çünki ittiham aktı zərərçəkmiş kimi qeydə alınan geniş bir çevrənin əlinə keçir. Və onların bir çoxu burdakı məlumatları yaxınları, ailə üzvləri, vəkilləri, dostları-tanışları ilə bölüşürlər. Bu da artıq həmin şəxslərin adlarını və fəaliyyətlərini sirr olmaqdan çıxarır.Mətbuat yazsa da, yazmasa da, bu adlar ictimaiyyətə, maraqlı çevrələrə məlum olur. Burda sosial şəbəkələrin rolunu da unutmaq olmaz. Bu dəfə də mətbuatdan qabaq, həmin şəxslərin bəzilərinin kimliyi sosial şəbəkələr vasitəsilə yayılmışdı”.

Lakin Adəm Məmmədov belə məlumatların yayılmasının doğru olmadığı qənaətindədir: “Agenturaya ciddi yanaşmaq lazımdır. Çünki dövlətin təhlükəsizliyində başlıca rolu agentura sisteminin necə qurulması oynayır. Təhlükəsizlik xidməti, hüquq-mühafizə orqanları müafiq informasiyaları əsasən agentura vasitəsilə əldə edirlər. Əgər agentlər bu şəkildə ifşa olunursa, sabah kimi bu məqsədlərə xidmət üçün cəlb edə biləcəklər? Və hər kəs sabah adının açıqlana biləcəyini düşünərək, təhlükəsizlik orqanları ilə əməkdaşlıqdan imtina edərsə, necə olacaq? Ona görə bu məsələdə daha diqqətli olmaq lazımdır. Bütün dünyada bu belədir, xüsusi həssaslıqla yanaşılır. MTN-lə əməkdaşlıq etmiş şəxslərin adlarının bütün ictimaiyyətə elan edilməsini yanlış və ziyanlı hesab edirəm”.

Adəm Məmmədov onu da qeyd etdi, ləğv edilmiş MTN-də çalışanların fəaliyyətilə bağlı bütün faktlar ictimaiyyətə açıqlanmamalıdır: “Əlbəttə, cinayəti olan cəzalandırılmalıdır. Ancaq bu adamlar dövlətin təhlükəsizlik orqanına rəhbərlik ediblər. Ona görə də, məhkəmə prosesində bəzən dövlətin təhlükəsizliyi baxımdan əhəmiyyətli məlumatlar meydana çıxır. Belə hallarda məhkəmələr qapalı keçirilməlidir. Ancaq çox təəssüf ki, hətta qapalı keçən məhkəmə proseslərinin belə bir növ stenoqramı sonradan mətbuata ötürülür. Və əsasən də təqsirləndirilən şəxslərin əleyhinə olan məqamlar. Fikrimcə, belə hallara da son verilməlidir”.


AzPolitika.info

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam