Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qarabağda müharibənin başlanması Rusiyadan asılıdır” -Politoloq

Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. 

Yenixeber.org:  Bu haqda  ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında qurumun direktoru Daniyel Kouts bildirib. Onun sözlərinə görə, Azərbaycan və erməni tərəfinin  kompromislərə getmək niyyətlərinin olmaması  və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Politoloq Eldar Namazov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, Dağlıq Qarabağda müharibənin başlama ehtimalı çox yüksəkdir: “Erməni tərəfi sülh danışıqlarında hansısa nəticə əldə etməyə imkan vermir. Ümumiyyətlə erməni siyasi elitasında belə  fikir formalaşıb ki,  heç bir erməni siyasətçi Dağlıq Qarabağın qaytarılması ilə bağlı razılığa imza atmamalıdır. Əgər torpaqlar qaytarılmalıdırsa, Azərbaycan tərəfi buna  yalnız güc tətbiq etməklə nail ola bilər. Yəni müharibədə məğlub olub o torpaqları qaytarmaq onlar üçün daha məqbuldur, nəinki, sülh yolu. Onların dırnaqarası siyasətçiləri üçün  saziş bağlayıb razılığa gəlmək daha təhlükəlidir”.

E.Namazovun fikrincə, Rusiya dövləti  hər iki tərəf arasında saziş təmin etməzsə, müharibə ola bilər: “Yerevanda bu ab-havanı yalnız Rusiya sındıra bilər. Əgər Rusiya sazişi təmin etməsə, müharibə ola bilər. Rusiyanın əsas istəyi isə bu vəziyyəti dondurulmuş  şəkildə saxlamaqdır. Həm Azərbaycana, həm də Ermənistana təzyiq etmək imkanını əldən vermirlər. Rusiya beş rayonun qaytarılmasına razılıq verə bilər, amma bu hələ konfliktin tam həlli demək deyil. Statuslarla bağlı məsələlər qalır. Beş rayon qaytarıldığı halda Rusiya tərəfi sülhə məramlı məqsədlərlə qoşunlarını ora yerləşdirəcək. Bu da həmin dövlətin təsirini daha da gücləndirəcək. 

Rusiyanın iki yolu var: Vəziyyəti dondurulmuş halda saxlamaq; beş rayonu azad edib öz qoşunlarını Qarabağda yerləşdirmək və Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək.  Müharibənin başlaması Rusiyadan asılıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam