Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Eldar Mahmudovun “sağ əli”nin oğlundan yeni xəbər -MƏHKƏMƏ

Eldar Mahmudovun “sağ əli”nin oğlundan yeni xəbər -

 

Eldar Mahmudovun avtomobil biznesini idarə edən Dəmir Abdullayevin MTN-də işləmiş oğlu Mehman Abdullayevin cinayət işi məhkəməyə göndərilib.

Yenixeber.org:  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “MTN işi” ilə bağlı bütün məhkəmələr medianın diqqətində olsa da, bu şəxsin istintaqı və məhkəmə prosesi haqda demək olar ki, heç nə yazılmayıb.

Belə ki, M.Abdullayevin cinayət işi üzrə istintaq ötən ilin oktyabr ayının sonunda yekunlaşıb və noyabrın 4-də iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

M.Abdullayev sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati binasına gətirməsi, onları qanunsuz şəkildə burada saxlaması və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pulu tələb edib alması ilə əlaqədar ittiham olunub.

M.Abdullayev Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 341.2.1-ci (Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda; bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.2-ci (eyni əməllər silah tətbiq olunmaqla törədildikdə) və 341.2.3-cü (eyni əməllər ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, uzun müddət maşın alveri ilə məşğul olan D.Abdullayev daha sonra Eldar Mahmudova məxsus "Kristal Motors" maşın satışı mərkəzinə rəhbərlik edib. Mərkəz Azərbaycanda ən bahalı maşınlar olan "Yaquar" və "Rənc Rover" avtomobillərinin satışını həyata keçirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam