Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Müsəlman ölkələri Azərbaycan təcrübəsindən bəhrələnməlidir” -Əflatun Amaşov

 

“Son yüz illərdə dünyada bir xristian təəssübkeşliyi var. Türkiyə neçə ildir ki,Avropa Birliyinin qapısını döyür. Amma müəslman ölkəsi olduğuna görə qapıdan içəri buraxmırlar”. 

Yenixeber.org:  Bunu Modern.az-a Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Deputat bildirib ki , IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bu gün dünya ölkələrini narahat edən milli-dini qarşıdurmadan qaçmağın yollarını axtarmağa kömək edir.

“Artıq IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirə olunan məsələlər də ciddiləşir. Bəşəriyyətin inkişafında əsas rol  oynayan maraqlı məqamlar gündəmə gəlir. Məsələn, ailələrin tərbiyyəsi, qadının savadlı olması. Əgər qadın savadlı olarsa, savadlı övladlar da böyüdür. Həmin savadlı övladlar isə sabah ölkəni idarə edir. Bütün ölkələrdə bu proseslər getdikdən və elmə böyük önəm verildikdən sonra həmin ölkələr də inkişaf edəcək”.


Mətbuat Şurasının sədri  deyib ki, artıq islam ölkələrində yeni bir inkişafın şahidi oluruq.

“Yəqin ki, bu istiqamətdə də inkişaf gedəcək. Biz model, sülhsevər bir ölkə yaratmışıq. Mənə elə gəlir ki, digər müsəlman ölkələri də bu təcrübədən bəhrələnməlidir. Bu da yəqin ki, çox uzun bir proses olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam