Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Türkiyə, Rusiya və İran Suriyanı “dörd yerə” böldü

Türkiyə, Rusiya və İran Suriyada dörd "atəşkəs bölgəsi"nin yaradılması barədə protokol imzalayıb.

Yenixeber.org:  Rusiya bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri "atəşkəs bölgələrinin" üzərində uça bilməyəcək. Türkiyənin Anadolu Ajansı (AA) atəşkəs bölgələrinin ətrafında "təhlükəsizlik bölgələrinin" qurulmasının nəzərdə tutulduğunu deyir.

Qazaxıstanın paytaxtı Astanada görüşən ölkələrin nümayəndə heyətlərinin protokolu imzalaması bəzi müxalif qrupların nümayəndələrinin narazılığına səbəb olub.

Bəzi müxalifət nümayəndələri qışqıra-qışqıra görüşlərin keçirildiyi zalı tərk edib.

Atəşkəs zonaları harada olacaq?

Türkiyə Xarici İşlər Nazirliyindən edilən açıqlamada müqavilənin məmnuniyyətlə qarşılandığı bildirilib: "Toplantıda atəşkəsin təminatçısı olan ölkələr – Türkiyə, Rusiya Federasiyası və İran arasında Suriyanın İdlib vilayətinin hamısı, Lazkiyə, Hələb və Həma vilayətlərinin müəyyən hissələri, Homs vilayətinin müəyyən hissələri, Şam/şərqi Guta bölgəsi və Deraa və Kuneytra vilayətlərinin müəyyən hissələrini əhatə edən atəşkəs bölgələrinin yaradılması haqqında niyyət protokolu imzalanmışdır."

Bəyanatda o da deyilir ki, döyüşən tərəflər arasında yuxarıda sadalanan bölgələrdə hava ünsürləri də daxil olmaqla, hər cür silahdan istifadənin dayandırılması və bölgələrə təcili və fasiləsiz humanitar yardım axınının təmin edəcək bu Niyyət Protokolunu məmnuniyyətlə qarşılayırlar. Protokolun imzalanmasından əvvəl prezident Rəcəb Tayyip Ərdoğan deyib ki, atəşkəs bölgələrinin yaradılması problemin 50 faizini həll edir. Ərdoğan və Rusiya prezidenti Vladimir Putin, çərşənbə günü Soçidə görüşərək Suriyada atəşkəs zonalarının yaradılması barədə razılığa gəlib. Liderlərin birgə mətbuat konfransında danışan Putin bildirib ki, bu məsələnin təfərrüatlarına Astanada görüşəcək Suriya hökuməti ilə silahlı müxalif qruplar qərar verməlidir. O həmçinin qeyd edib ki, bu ideyaya bu həftə telefonda ABŞ prezidenti Donald Tramp da dəstək verib.

Suriya Xarici İşlər Nazirliyi də atəşkəs bölgələri təklifini dəstəklədiyini bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam