Vidadi Zeynalov kimləri səbrsizliklə həbsxanada gözləyir? -ŞOK İDDİA
Yenixeber.org: Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov sərbəst ifadə verib. V.Zeynalov ifadəsində üstüörtülü də olsa bir sıra məqamlara diqqəti yönəldə bilib:
"Məhkəmədə bir az ədalət olsa 1+1-i 2 olaraq qeyd edəcək. Əgər etməyəcəksə, sağ olsunlar. Qoy əsl günahkarlar vicdan əzabı çəksinlər. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsxanda olan digər şəxslər də bu günü gözləyir".
Təbii ki, keçmiş aparat rəhbərinin həbsxanada səbrsizliklə gözlədikləri şəxslərin siyahılsı uzundur və burya Maliyyə Nazirliyinin də yüksək vəzifəli şəxslərinin adını salmaq olar. Amma onun keçmiş həmkarı, nazir müavini İltimas Məmmədov haqqında səsləndiridiyi ittihamlar onu deməyə əsas verir ki, keçmiş nazir Əli Abbasov V. Zeynalovun həbsxanada yanında görmək istədiyi şəxslər arasında deyil. Ən azından İltimas Məmmədovun keçmiş nazirin "torbasını tikmək" üçün hansı yollara əl atdığını deməklə əslində ittihamları keçmiş şefindən uzaqlaşdırır:
"Nazir müavini İltimas Məmmədov bu işlərdə daha çox günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. İltimas Məmmədov nazirin yerinə keçmək istəyirdi. O, niyə həbs edilmədi? Niyə ən azından obyektivlik naminə İltimas Məmmədov şahid kimi gətirilib dindirilmədi? Məhkəmə kimdən və niyə çəkinir?"
Moderator.az-a daxil olan məlumata görə əslində V. Zeynalovun məhkəmədəki ifadəsində "çoxları mənim çıxışımı səbrsizıiklə gözləyirdi. Düşünürdülər ki, mən çox şey deyəcəm. Amma deməyəcəm. Qoy onlar bir ömür boyu vicdan əzabı çəksinlər" söyləməsinə baxmayaraq növbəti proseslərdə təkcə İltimas Məmmədov haqqında səsləndirdiyi ittihamlarla kifayətlənməyəcək və daha şok adlar çəkəcək. Sadəcə indiki mərhələdə o üstüörtülü şəkildə mesaj verir ki, onunla bağlı ağır cəza təyin ediləsi olsa bir çox şəxsləri ifşa edərək onların törətdikləri əməlləri ictimaiyyətə açıqlayacaq.
Yəni bu məsələdə İltimas Məmmədov tək olmayıb və bulanıq suda balıq tutmaq istəyən bəzi şəxslər yaranmış fürsətdən istifadə edərək öz rəqiblərini sıradan çıxarmaq niyyəti güdüblər. Həmin adların bir qismi Moderator.az-a bəllidir və növbəti məhkəmə proseslərində V. Zeynalov danışmaqdan vaz keçsə biz onları ictimailəşdirəcəyik. Bizi izləyin...