Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq aparat rəhbərinin oğlu harada işləyir?

Həbsdəki keçmiş aparat rəhbərinin oğlu harada işləyir?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun oğlu hal-hazırda İqtisad Universitetində mühüm vəzifə tutur.

Xeberinfo.com:   Mia.az xəbər verir ki, bu barədə universitetin rəsmi saytında məlumat verilib.

Belə ki, universitetin saytında (http://unec.edu.az/idareetme11/hemkarlar-ittifaqi/) Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri olduğu bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl universitetin rektoru Ədalət Muradovun Pərviz Zeynalovu vəzifəsindən kənarlaşdırdığı haqda mətbuatda xəbər yayılmışdı. Ancaq həmin vaxt bu xəbərə rəsmi aydınlıq gətirilməmişdi. Universitetin rəsmi internet saytından isə görünən budur ki, kənarlaşdırma xəbəri yalan olub...

Onu da bildirək ki, oğlu Pərviz Zeynalov kimi, Vidadi Zeynalovun özü də həmin universitetin "Maliyyə və maliyyə institutları” kafedrasının yarım ştatlı müəllimidir. O, hələ də müəllim vəzifəsində saxlanılıb.

Qeyd edək ki, Pərviz Zeynalov 2004-cü ilin oktyabr ayından 2005-ci ilin avqust ayınadək "Kapital Bank" ASC-nın (keçmiş BUS Bank) "Rabitə" filialında, 2008-ci ilin noyabr ayında Mərkəzi Bankda işləyib. 2014-cü il, yanvarın 24-dən Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam