Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“5-10 manata görə qurulan sabitliyin pozulmasına yol verə bilmərik” –Millət vəkili

 

siyavush_novruzovb

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycana gələn jurnalistlərə viza verilərkən müvafiq strukturları diqqətli olmağa çağırıb.

Yenixeber.org:  Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S. Novruzov bildirib ki, turist adıyla kimə gəldi viza verilməsi düzgün deyil: “Bu gün dünyada nələr baş verdiyini hamımız görürük. Bu məsələdə diqqətli olmaq lazımdır. Hotellərdə təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir. Bundan başqa, turist adı ilə gəlib 5 nəfər, 10 nəfər birlikdə mənzil kirayələyib qalırlar. Orada nə niyyətlə, necə qalırlar, kimsə bilmir. Evi verən heç onların pasportlarının surətini də tələb etmir”.

S. Novruzov ölkədə “Halal hotel” reklamına da irad bildirib: “İndi elan edirlər ki, filan hotel halaldır. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə fərqləndirirdilər, indi “Halal hotel” məsələsi ortaya çıxıb. Biz 5-10 manata görə ölkədə qurulan ictimai-siyasi sabitliyin pozulmasına yol verə bilmərik”.

Vitse-spiker Ziyafət Əsgərov da bildirib ki, turistlərlə bağlı təhlükəsizlik baxımından ayıq-sayıq olmalıyıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam