Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hansı müxalifət lideri 2018-ci il prezident seçkilərinə gedir?- SİYAHI

 

Want create site? Find Free WordPress Themes and plugins.

Hansı müxalifət lideri 2018-ci il prezident seçkilərinə gedir?

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti postuna 8-ci seçki keçiriləcək. 

Yenixeber.org: Artıq 3 müxalif lideri – Rəsul Quliyev, Hüseyn Abdullayev və İsa Qəmbər 21018-ci il seçkilərində prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. 

Maraqlıdır, başqa hansı müxalifət lideri 2018-ci il prezident seçkilərinə gedir? 

A24.az saytı bu suala cavab tapmaq məqsədilə müxalif liderlərə müraciət edib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovünvanlanan sualla bağlı danışmaq istəmədiyini bildirib:

“Bu suala cavab vermək istəmirəm. Bununla bağlı Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat xidmətinə zəng edib, maraqlana bilərsiniz”. 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadəseçkilərdə iştirak edəcəklərini desə də, partiyanın namizədinin yekun qərardan sonra bəlli olacağını deyib:

“Biz keçirilən seçkilərdə iştirak edəcəyik. Lakin necə, hansı namizədlə iştirak edəcəyimiz partiyanın qərarından asılıdır. Bundan sonra tam bir şəkildə fikir yürüdə bilərik”. 

Azərbaycanın Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu  deyib ki, bu barədə konkret danışa bilməyəcək:

“Bu məsələ həm partiyanın qərarından, həm də müxalifətin ümumi taktikasından asılıdır. Əgər müxalifət vahid namizədlə seçkiyə gedəcəksə, biz də onu dəstəkləyəcəyik. Bununla bağlı müzakirələrə hələ yeni başlamışıq. Ona görə də konkret olaraq fikir bildirə bilməyəcəyəm”. 

Ümid Partiyasının sədri İqbal Ağazadə namizədliyinin fərdi şəkildə irəli sürməyəcəyini açıqlayıb:

“Gələn il partiyanın keçirəcəyi qurultaydan sonra seçkilərə gedib-getməyəcəyimi deyə bilərəm. Ancaq onu deyə bilərəm ki, namizədliyim fərdi qaydada irəli sürülməyəcək”. 

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı isə namizədliyini yaradılan şəraitdən asılı olaraq verəcəyini qeyd edib:

“Bunun üçün siyasi duruma, yaradılan real şəraitə baxacam. Bu həm də seçkilərin nə qədər dəqiq keçirələcəyindən asılıdır. Bundan sonra namizəd ola bilərəm”. 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli VHP sədri Sabir Rüstəmxanlının seçkilərdə iştirak etməyəcəyini, lakin partiyanın öz namizədini irəli sürəcəyini bildirib:

“Bildiyimiz kimi 2018-ci ildə keçirilən prezident seçkilərinə xeyli müddət qalıb. Bununla bağlı partiyada müzakirələr gedir. VHP-yə gəldikdə isə hansı namizədlə iştirak edəcəyimizə hələ qərar verməmişik”. 

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllimovun köməkçisi Tahir Cəfərli qeyd edib ki, Ayaz Mütəllimov prezidentliyə namizədliyini irəli sürməyəcək:

“Ayaz müəllim sözü ilə əməli uyğun gələn yeganə Azərbaycan siyasətçisidir. O, bir neçə il əvvəl müsahibələrinin birində bildirmişdi ki, Mehriban Əliyeva prezident seçkilərində iştirak edəcəyi təqdirdə onu dəstəkləyəcək. Əgər 2018-ci il prezident seçkilərində Mehriban xanım namizədliyini irəli sürərsə, Ayaz Mütəllimov da ona dəstək olacaq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə keçirilən prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun da namizədliyinin irəli sürüləcəyi barədə qərar qəbul edilib.

Elvin Paşazadə//A24.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam