Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Bu il də Azərbaycan iqtisadiyyatında durğunluq olacaq" -Dünya Bankının hesabatı

world-bank

Dünya Bankı (DB) 2017-ci ildə orta illik inflyasiyanın 5%-dək azalacağını proqnozlaşdırır.

Yenixeber.org:  “İnterfax” agentliyinə istinadən xəbərə görə, bu barədə DB-nin yenilənmiş “Azerbaijan Partnership Program Snapshot” hesabatında deyilir.

2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 12,6% təşkil edib.

DB bildirir ki, bu il orta illik inflyasiyanın azalmasına bazardakı məhdud likvidlik səbəb olacaq.

“Neftin bahalaşmasına baxmayaraq, böyük ehtimalla, bu il də Azərbaycan iqtisadiyyatında durğunluq olacaq. Buna səbəb neft hasilatının azaldılmasıdır. Üstəlik, qeyri-neft sektoruna dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin həcminin azalması və bank sektorundakı ağır vəziyyət də bura təsirsiz ötüşmür. Qeyri-neft sektorunun inkişafı zəif olaraq qalacaq. Belə ki, hökumət makroiqtisadi sabitliyi təmin etmək üçün sərt fiskal və monetar siyasətə üstünlük verməkdə davam edəcək. Bununla yanaşı, 2017-2019-cu illərdə ölkənin fiskal mövqeyi ciddi şəkildə yaxşılaşacaq”, – deyə sənəddə qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam