Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Manat niyə bahalaşır? -İqtisadçıdan açıqlama

Manat niyə bahalaşır? -

 

Neft Fondundan Mərkəzi Banka bu ilin I rübündə 2 milyard 279 milyon manatlıq transfert edilib. 

Yenixeber.org:  İqtisadçılar bu transfertin nəticəsində dolların manata nəzərən ucuzlaşdığını qeyd ediblər. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan iqtisadçı Samir Əliyev bildirib ki, ümumilikdə bu il ərzində  Mərkəzi Banka 7,5 milyard manat vəsait köçürülməsi planlaşdırılırdı: “Bu da hər rübə təxminən 1,9 milyard yaxın vəsait edir. Amma ilk rübdə nəzərdə tutulandan bir qədər çox, yəni, 2, 3 milyard manat vəsait köçürülüb”.

Ekspert xatırladıb ki,  yanvarın axırından başlayaraq ölkədə  dollar qıtlığı yaşanmır, əksinə bolluq yaranıb və sürətli olaraq ucuzlaşma baş verib: “Bunun ilk növbədə səbəbi pul  kütləsinin çatışmazlığıdır. Bankların əlində manat qıtlığı olduğuna görə onlar dollar hərraclarında aktiv şəkildə iştirak edə bilmirlər. Bu amil makroiqtisadi sabitlik baxımından valyuta bazarını nəzarətdə saxlamağa imkan verdi. Ancaq ilk növbədə başa düşülürdü ki, bu transfertlər xarici borcların ödənilməsinə sərf olunacaq. 1-ci ayda Mərkəzi Bankın valyuta ehtiyatı 1, 3 milyon manat artdı. İndi də  valyuta bazarında sabitlik var. Ancaq bunun özündə də problem var. Çünki bu sabitlik transfertin hesabına baş verib. Bəs növbəti illərdə transfert olmazsa vəziyyət necə olacaq? Manat üçün təhlükə yarana bilər. Belə ki, Neft Fondunun vəsaitləri uzun müddət sabitlikdə rol oynamaya bilər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam