Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İş adamlarına pul atan qadına hökm oxundu

İş adamlarına pul atan qadına hökm oxundu

 

 

Bakıda iş adamlarına qarşı dələduzluq etməkdə təqsirli bilinən Aygün Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

 

Yenixeber.org: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aygün Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Aygün Rəhimova iş adamı Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min manat alıb. Amma qadın verdiyi vədə əməl etməyərək Qüdrət Məmmədovun pulunu ələ keçirib.

Daha sonra Ayfon telefonu satmaq almaq adı ilə yenə Qüdrət Məmmədovdan 14 min manat alıb.

Bundan başqa, Aygün Rəhimova iş adamı Surxay Məmmədova qızıl əşyaları satmaq adı ilə 55 min manat alaraq mənimsəyib.

Cinayət işinin materiallarında Aygün Rəhimovanın 150 min manat yaxın pulu ələ keçirməsi qeyd olunub.

Aygün Rəhimova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam