Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Ermənistan danışıqları dayandırmağa çalışır” -İlham Əliyev

“Bu ilin birinci rübündə də Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub. Ermənistan danışıqları dayandırmağa çalışır, ancaq buna nail ola bilməyəcək”.

Yenixeber.org:  Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bir neçə dəfə bəyan edib ki, "status-kvo" qəbuledilməzdir: “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib. Azərbaycan gündən-günə güclənir və bu məsələnin gec-tez ədalətli həll olunacağına əminəm.

Dağlıq Qarabağda qondarma “referendum” keçirməklə Ermənistan bir daha özünü biabır edib. Dərhal qonşular, Minsk qrupuna üzv ölkələr, Avropa İttifaqı və digər ölkələr bu “referendum”u pislədi, tanımadığını bildirdi. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini göstərmiş oldu.

 Məsələnin digər uğurlu məqamı Dağlıq Qarabağa qanunsuz səfər etmiş xarici ölkə vətəndaşının Azərbaycana təhvil verilməsidir. Bu, həm bizim qanunları kobudcasına pozan şəxsə, həm də onun kimilərə dərs oldu”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam