Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İlham Əliyevdən İrəvana ciddi xəbərdarlıq

İlham Əliyevdən İrəvana ciddi xəbərdarlıq

 

Ermənistan bir dövlət layihəsi kimi artıq sıradan çıxır

 

Yenixeber.orq: Bunu açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistanla bağlı çıxışını şərh edən millət vəkili Aydın Mirzəzadə deyib.

“Azərbaycan dövlətinin və ictimaiyyətinin 30 ilə yaxındır ki, bir nömrəli ümummilli problemi Ermənistanın Azərbaycan torpaqlarına iddiasıdır. Prezident İlham Əliyev Ermənistanın danışıqları pozmaq və Dağlıq Qarabağ probleminin həllini uzatmaq cəhdlərinin növbəti dəfə boşa çıxdığını vurğuladı. Ötən ilin Aprel hadisələrindən sonra Ermənistan Azərbaycanla danışıqlar üçün şərtlər irəli sürərək ölkəmizi qeyri-konstruktivlikdə ittiham edir və beynəlxalq birlikdə yanlış təsəvvür yaratmağa çalışırdı. Ancaq İrəvanın bütün planları bu dəfə də alt-üst oldu. Ermənistan yenidən Azərbaycanla qeyd-şərtsiz danışıqlara gedir. Ölkə başçısı vurğuladı ki, Ermənistan problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə getməlidir, əks halda bu, işğalçı üçün çox ağır nəticələr doğuracaq. Bunu deməyə Ali Baş Komandanın tam haqqı var. Azərbaycan və Ermənistan arasında inkişaf səviyyəsində çox ciddi fərq var. Azərbaycan inkişaf tempinə və milli iqtisadi modelinə görə dünyanın diqqətini cəlb edir. Ölkədə aparılan islahatlar, görülən işlər ümumdünya rəqabət reytinqində 35-ci yerə qalxmağımıza səbəb oldu. Ermənistanda isə sözün əsl mənasında əks proseslər gedir. Sonuncu statistikaya görə, Rusiyada 500 min Ermənistan vətəndaşı miqrant kimi işləyir və onların 97 faizi ölkələrinə qayıtmaq istəmir. Bütün bunlar göstərir ki, Ermənistan bir dövlət layihəsi kimi artıq sıradan çıxır”, - millət vəkili bildirib.

Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycan üçün məsələnin həllində vacib şərt erməni qoşunlarının torpaqlarımızdan çıxarılmasıdır:

“Ölkə rəhbərinin milli maraqlarımıza söykənən siyasəti öz nəticəsini verir. Cənab prezidentin müşavirədə Ermənistanla bağlı səsləndirdiyi fikirlər prezidentlərin qarşıdan gələn görüşündə İrəvan üçün çox ciddi xəbərdarlıqdır”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam