Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Almaniya millisinə bizimkilər də dəstək verəcək –AFFA-dan etiraz

alman azarkes

DÇ-2018-in bu gün keçiriləcək Azərbaycan – Almaniya oyununda qonaq komandaya 900 azarkeş stadionda dəstək verəcək.

Yenixeber.org:   Bu haqda Qol.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, matçı canlı izləmək üçün Almaniyadan Bakıya göstərilən sayda azarkeş gəlib.

AFFA rəsmisi alman azarkeşlər üçün ayrıca sektor ayrıldığını bildirib.

Yayılan məlumata görə, Almaniya millisinə Bakıda bu komandanın azarkeşi olan 20-dək azərbaycanlı da dəstək olacaq. AFFA rəsmisi Mikayıl Nərimanoğlu bu məsələyə də münasibət bildirib:

“Düzdü, rəsmi olaraq, bizə müraciət edən olmayıb. Amma bu haqda biz də eşitmişik. Bir azərbaycanlının öz doğma ölkəsinin komandası dura-dura başqasına dəstək olması heyrət doğurur. Bunda bir məntiq yoxdur. Milli komanda bizim üçün hər şeydir. Öz komandamızın oyununda rəqibə necə azarkeşlik etmək olar?”

Xatırladaq ki, Azərbaycan – Almaniya matçı bu gün Bakı vaxtı ilə saat 20.00-da başlanacaq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam