Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Dialoq xaricində alternativimiz yoxdur" -Almaniyanın Xarici işlər naziri

Almaniyanın Xarici işlər naziri Siqmar Qabrielin Türk həmkarı Mevlud Çavuşoğlu ilə Berlində keçirilən görüşü sona çatıb.

Yenixeber.org:  Alman nazir Çavuşoğlu ilə nahardan sonra verdiyi açıqlamada ikitərəfli əlaqələrdə qalıcı zərərin hər iki tərəfə zərbə vura biləcəyini vurğulayıb. O, dialoqun davam etdirilməsi xaricində heç bir alternativ olmadığını söyləyib.

Çavuşoğlu ilə görüşünün “yaxşı, dürüst və dostca, eyni zamanda çətin” olduğunu bildirən Qabriel: “Bugünkü vəziyyət çətin olsa da, Türk-Alman əlaqələrinin uğurunu xatırlamalıyıq. Fikir ayrılıqlarımız dərin olsa da, Türkiyə ilə danışıqların davam etdirilməsinin alternativi yoxdur” söyləyib.

Hər iki ölkənin normal və daha yaxşı əlaqələr istiqamətinə dönməsini istədiklərini, bunun yalnız danışıqlar yolu ilə təmin edilə biləcəyini vurğulayan Qabriel, “hədəfimiz ədalətli, açıq, dürüst bir ortaqlıq və iki ölkə arasında dostluqdur” deyib.

Alman nazir türklər arasındakı konstitusiya dəyişikliyi referendumu ilə bağlı qarşıdurmaların Almaniyaya daşınmamasını istədiklərini “Türkiyədəki siyasi münaqişələrin Almaniyaya idxalına icazə verə bilmərik” şəklində ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğan və ardından Çavuşoğlunun Almaniya ilə əlaqədar dedikləri “nazi” bənzətməsinə toxunan Qabriel, bunu “qırmızı xətt” kimi dəyərləndirib. Baş nazir bunu “aşılmaması gərək olan sərhədlər” şəklində türk tərəfinə çatdırıb.

Görüşdə Türkiyədə məhbus olan “Die Welt” qəzetinin müxbiri Deniz Yücelin vəziyyəti də müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam