Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

“Heç bir halda vətəndaşın maliyyə yüklənməsindən söhbət gedə bilməz” -Problemli kreditləri kim qaytaracaq?

 

Yenixeber.org:  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli kreditlərlə bağlı danışıb. T.Kərimli bildirib ki, manatın devalivasiyasında xalqın, kredit götürənlərin heç bir günahı yoxdur.

Deputat deyib ki, amma nədənsə manatın qiymətdən düşməyinin əziyyətini ancaq xalq çəkir: “Ona görə mən təklif edirəm ki, bunun üçdə birini hökumət, banklar və vətəndaşlar öz öhdəsinə götürsün. Mənə elə gəlir ki, bu, dövlətimizin etimadını daha da yüksəldə bilər”.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, kreditlərlə bağlı mövcud durumda hökumətin hansı addım atacağını konkret şəkildə demək çətindir. Ekspert deyir ki, vəziyyətin belə olmasında vətəndaşların heç bir günahı yoxdur:

“Belə çətin vəziyyətin yaranmasında günah hökumət və banklarındır. Banklar yüksək faiz tətbiq etməklə əhalini müflis vəziyyətə gətirib. Hökumət dolayı yolla onu əhalidən çıxaracaq.

Lakin əhalinin də heç nəyi olmadığı üçün kreditlərin ödənilməsi məsələsi uzanacaq. Əslində, çox çətin bir vəziyyət yaranıb. Lakin heç bir halda vətəndaşın maliyyə yüklənməsindən söhbət gedə bilməz”.

Ekspert bank sisteminin çökdüyünü, ümumdaxili məhsulun 2 ildə yarıdan çoxunun itirildiyini söyləyir. Kreditlərin qaytarılması yollarından danışan Nemət Əliyev, nazirlərin, komitə sədrlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyir. Ekspertin fikrincə, müvafiq qərara imza atan şəxslər yüksək məbləğdə cərimə olunsalar, həmçinin, banklar da bundan kənarda qalmasalar, vəziyyəti müsbətə dəyişmək olar:

“Dövlət Neft Fondu öz vəsaitindən qaytarılmaq şərtiylə borc verə bilər. Bankların maliyyələşməsi üçün onlara aşağı faizlə maliyyə vasaiti verilməlidir. Banklar da bu vəsaitləri yuxarı deyil, ağağı faizlə kreditə verməlidir. Belə olmasa, mövcud problemin çözülməsindən söhbət gedə bilməz”.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam