Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şirkət işçisi müdirindən 95 min manat tələb edir -REPORTAJ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 47 yaşlı Namiq Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı olub.

Yenixeber.org:   Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Namiq Quliyev özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətdə olduğu gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə həmin cəmiyyətin direktoru Arif Həsənovla görüşüb. Ona guya gəmi təmiri sahəsində işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını deyərək, gəmi və tərsanə tapmaqla müəssisəni işlədib pul qazanacağına inandırıb. Bu məqsədlə A.Həsənovun etibarından sui-istifadə edərək onu aldadıb və 85 min 500 manat pulunu ələ keçirib.

Hakim R.Allahverdiyeva təqsirləndirilən şəxsdən elan olunmuş ittihamla özünü təqsirli bilib-bilmədiyini soruşub. Təqsirləndirilən şəxs “bəli, təqsirli bilirəm” deməklə kifayətlənib. Hakim isə N.Quliyevə ittiham təsdiqini taparsa, onu 7 ildən 12 ilə qədər cəza gözlədiyini xatırladıb.

Bundan sonra zərərçəkmiş “Texmarin Limited” MMC-nin təsisiçisi, iş adamı Arif Həsənov ifadə verib.

Qeyd edək ki, keçmiş MTN əməkdaşları tərəfindən iş adamının başına gətirilən oyunlar, rəhbərlik etdiyi şirkətin necə müflis hala salınması barədə virtualaz.org saytında məqalələr dərc edilib. MTN əməkdaşları onların “haqqını” ödəmək üçün iş adamını böyük məbləğdə borca girməyə məcbur ediblər. Belə ki, şərikinin əməllərindən MTN-ə şikayət edən Arif Həsənov gözləmədiyi halda özü MTN-nin toruna düşüb.

 

“Hər şeyimi əlimdən aldılar”

İş adamı məhkəməyə verdiyi ifadəsində göstərib ki, 2015-ci ilin əvvəlində rəhbəri olduğu “Texmarin Limited” MMC-nin əməkdaşı Səhrab Allahverdiyevin ofşor şirkətlər vasitəsilə xarici ölkələrə pul göndərməklə külli miqdarda vergidən yayınması ilə bağlı MTN-ə müraciət edib. Elə başına gələn bütün bəlalara da məhz bu müraciət səbəb olub: “Gördüm ki, başqa cür həyat tərzi sürür, külli miqdarda ofşorlara pul köçürür. Bəzi sənədləri xaricdən tələb etdim. 2013-cü ildən təqribən 6 milyon yarım dolların ofşorlara köçürüldüyü məlum oldu. Bununla bağlı bütün sənədləri MTN-ə təqdim etdim. Ortağım dedi ki, oğlunu da, səni də tutdurarıq. Hazırda bununla bağlı iki məhkəmə çəkişməsi (MTN generalları -Akif Çovdarov və Sübahir Qurbanovun işi üzrə zərərçəkmiş qismində tanınıb - virtualaz.org) gedir”.

 

“Mənə dedilər ki, səni qocalar evinə getməyə də qoymarıq”

Zərərçəkmiş deyir ki, MTN-ə müraciətindən sonra ona qarşı qanunsuzluqlara yol verilib və külli miqdarda əmlakı və pulu ələ keçirilib: “Ortağım Səhrab Allahverdiyevə guya 130 min manat borcum olması barədə saxta müqaviləyə imza etdirdilər, evim girov qoyuldu. Mən 50 il dənizdə can qoymuşam. Evimi də əlimdən almaq istəyirdilər. Dedilər ki, səni heç qocalar evinə də qoymarıq gedəsən. Əlim hər yerdən üzülmüşdü. 130 min manatın da üstündən xətt çəkmək istəyirdim. Bizim dövriyyəmiz 2-3 milyon olurdu. O pullar hamısı Azərbaycanda xərclənirdi. MTN əməkdaşları - Akif Çovdarov və digərləri isə işləməyə qoymurdular”.

Zərərçəkmişin ifadəsinə görə, bu hadisələrdən xəbər tutan, “Texmarin Limited” MMC-də iş icraçısı işləyən Əlizamin Rzayev ona yaxın qohumu Nazir Quliyevin baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində işlədiyini, əmlakının qaytarılmasında köməklik edə biləcəyini deyib. Başqa çıxış yolu olmadığından Ə.Rzayevlə razılaşıb: “Əlizamin dedi ki, yarısını verərsən, səninlə işləri olmaz. Mən də inandım, razılaşdım”.

Xatırladaq ki, Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə epizodda Əlizamin Rzayev də zərərçəkmiuş qismində tanınıb.

 

“Nazir Quliyev problemi həll edəcəyini dedi”

Məsələnin “həlli” üçün razılığa gəldikdən sonra Ə.Rzayev onu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyevlə görüşdürüb. MTN əməkdaşlarının ondan aldıqları pul və bütün əmlaklarının geri qaytarılması üçün 400 min manat pul verməli olduğu bildirilib. Şirkət rəhbəri o qədər pulu olmadığını, yalnız 130 min manatlıq borc müqaviləsinin ləğv edilərək müqavilə üzrə girovda olan evin girovdan çıxarılmasında köməklik etməsini xahiş edib. Namiq Quliyev bu işin müqabilində 65 min dollar lazım olduğunu söyləyib. Bununla bağlı söhbət edərkən Nazir Quliyev də onların yanına gəlib. İş adamına hərtərəfli əlaqələrinin olduğunu deyib və problemi həll edəcəyinə söz verib: “65 min dollar pul düzəltdim. 2015-ci ilin may ayının 29-da Əlizaminlə birlikdə pulu aparıb Namiqə verdim. Bir qədər sonra Nazir Quliev də gəldi, pulu götürüb məsələni həll edəcəyinə söz verdi, getdi. Amma aradan bir aydan çox vaxt keçsə də, heç bir nəticə olmadı. Əlizamin mənə bir telefon verdi, həmin telefonla Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “Qaynar xətt”inə müraciət etməyi məsləhət gördü. Onun dediyi kimi etdim. Müraciətin məhz Nazir Quliyevə yazılması üçün yenidən pul istədi. 10 min dollar da tapıb Namiqə verdim. Sonra isə həmin telefonla “Qaynar xətt”ə zəng vurub Səhrab Allahverdiyevin ofşor şirkətlər vasitəsilə xarici ölkələrdə olan hesabına pul göndərməklə vergidən yayınması barədə məlumat verdim”.

 

MTN-dən şikayət edən iş adamı hansı “sürprizlər”lə üzləşib?

Zərərçəkmişin ifadəsinə görə, Nazir Quliyev ona zəng vuraraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırıb. A.Həsənov ərizə yazdıqdan sonra N.Quliyevə Səhrab Allahverdiyevin ofşor şirkətlər vasitəsilə xarici ölkələrdəki hesablara pul göndərilməsini təsdiq edən sənədlərin olduğunu, onları təqdim etmək istədiyini deyib: “Mənə dedi ki, sənədlərin əslini gətir. Mən Londandan o sənədlərin əslini necə gətirə bilərdim? Onlar özləri bunu tələb etməli idilər. Necə ki, indiki müstəntiq tələb edir. Nazir Quliyev bu işin üstünü ört-basdır etdi. Dəfələrlə məndən aldıqlarını geri tələb etdim. Mən dörd dəfə Həcc ziyarətində olmuşam. Heç kimin bir qəpiyinə də tamah salacaq adam deyiləm. Əlizamin Nazir Quliyevin diqtəsi ilə mənə böhtan atır. Guya mənim Əlizaminə 95 min manat borcum var. Məhkəməyə də verdi, amma heç nəyi sübut edə bilmədi. Mən heç nə istəmirəm, öz haqqımı istəyirəm. Məndən aldıqlarını geri qaytarsınlar. Bir ayağım burdadı, bir ayağım gorda. Bu adamlar ən çətin vaxtımda məndən istifadə etdilər. Onları necə bağışlayım?”

Təqsirləndirilən Namiq Quliyev qısa çıxış edərək zərərçəkmişin ifadəsində göstərdiyi bəzi açıqlamalara etiraz etdiyini bildirib: “Akif Həsənov heç vaxt qardaşıma pul verməyib. Qardaşım 36 il prokurorluq orqanlarında xidmət edib. Heç vaxt hansısa işdə bir qohumuna belə köməklik etməyib. Şuşada ermənilərə qarşı vuruşub. Allahı başının üstündə gör, şeytana daş atmısan axı...”

Məhkəmə prosesi aprelin 5-də davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam