Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rüşvət alan məktəb direktoru müttəhimlər kürsüsündə...

 

 

   Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən Tahir Qüvvətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
    "Xeberinfo.com": Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarla özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə prosesi oktyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin T.Qüvvətovla bağlı yaydığı məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz əməlləri barədə 161 “Qaynar xətt” əlaqə mərkəzinə şikayət daxil olub.
Daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı sürücülük məktəbinin direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü vəzifəsinə işə qəbul etmək üçün 1000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan cinayət işi başlanılıb.
Başlanmış cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam