Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Villaları qarət edən dəstə yaxalandı -Abşeronda (VİDEO)

Mənzilləri və villaları qarət edən dəstə saxlanılıb.

Yenixeber.org:   Xezerxeber.az bildirir ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində baş verib. Çoxsaylı zərərçəkmişlər rayon polis idarəsinə məlumat veriblər ki, evdə olmadıqları vaxt mənzillərindən xeyli məişət avadanlıqları oğurlanıb.

Hadisə yerlərində araşdırmaya başlayan polis əməliyyat qrupu yaradaraq cinayətkarların izinə düşüb və çox çəkməyib ki, şübhəli bilinən 4 nəfərdən ibarət dəstəni yaxalayıb. Onlar 24 yaşlı Ramil Abdullayev, 29 yaşlı Namiq Abışov, 28 yaşlı Ramil Kərimov və 19 yaşlı Amal Qəmbərovdur.

İlkin dindirmə zamanı saxlanılan şəxslər Mehdiabad, Fatmayı və Goradil kəndlərinin ərazisində 15-dən çox evdən oğurluq etdiklərini deyiblər. Onlar müxtəlif vaxtlarda evlərdən qızı-zinət əşyaları və xeyli televizor oğurlayıblar. Oğurluq təklifi isə dəstə üzvlərinə Namiq Abışovdan gəlib. O bütün oğurluqlarda iştirak edib və evlərə özü daxil olub.

Həmin şəxslər əlbir olub oğurladıqları əşyaları dəyərindən ucuz qiymətə satıblar. Pul isə 4 nəfər arasında ata malı kimi bölünüb.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, isntintaq gedir.

Metropolitendə Polis Şöbəsinin əməkdaşları isə cibgirliklə məşğul olan şəxsi saxlayıblar. Sumqayıt şəhər sakini Kəmalə Əhmədova metronun ''28 May'' stansiyasında qatara minəndən sonra mobil telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib. Polis təhlükəsizlik kameraları vasitəsi ilə qadına qarşı cibgirlik etmiş Ağdam rayon sakini Hacı Mehdiyevi müəyyən edərək saxlayıb. Saxlanılarkən o da törətdiyi əməli etraf edib. İndi polis onun bu əməlindən zərərçəkən şəxslərin sayını dəqiqləşdirir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam