Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Oğurluq edən dəstə saxlanıldı -VİDEO - FOTO

Oğurluq edən dəstə saxlanıldı -

 

 

Silsilə oğurluq edən şəxslər tutulublar

 

Yenixeber.org: Hadisə Zərdab şəhərində baş verib.

Zərdab şəhər sakini İlqar Abdullayev ona məxsus tövlədən bir baş inəyin, Məmmədqasımlı kənd sakini İntiqam Ağalarov icarə əsasında anbar kimi işlətdiyi obyektdən 63 yeşik, 840 ədəd müxtəlif adlı spirtli içkilərin, Eltun Eminov çay evindən ümumilikdə 1200 manat dəyəri olan televizor və kompüter, 100 manatlıq elektrik qızdırıcısının oğurlandığını bildiriblər.

Müraciətlər əsasında əməliyyata başlanılıb. Tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Turan Yusibov, Zərdab rayon sakinləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin dindirmə zamanı saxlanılan şəxslərin qabaqcadan əlbir olaraq oğurluq etmələri müəyyən olunub. Saxlanılanlar dəstəyə Turan Yusibovun rəhbərlik etdiyini və onun göstərişi ilə hərəkət etdiklərini deyiblər.

Hazırda Zərdab RPŞ-nin əməkdaşları onların digər anoloji hərəkətlərinin olub-olmadığını araşdırır.

Tövlə, anbar və çay evindən oğurluq edən dəstə saxlanılıb

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam