Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısı şəhid oğlunu qəbul etmədi -VİDEO

aqil

 

Laçın rayonunun Vağazin kəndindən  məcburi köçkün düşmüş, şəhid ailəsi  Qabil Fərhadov prezidentə rayonun icra başmısı Aqil Nəzərlidən şikayət edib.

Yenixeber.org:   Gununsesi.info-ya bununla bağlı açıqlama verən Q.Fərhadov bildirib ki, icra başçısı rayon sakinlərinə  xoşagəlməz münasibət bəsləyir, onları qəbl edib şikayətlərini dinləməkdən, problemlərinin həll olunmasında yardımçı olmaqdan imtina edir:

“Hörmətli,cənab Prezident!

Mən şəhid ailəsi olaraq Laçın rayon İcra Hakimyətinin Başçısı Aqil Nəzərlinin qəbuluna getdim, getməmiş olardım! Siz hər zaman efirdən bildirirsiniz ki, məmurlar xalqın qulluqçusudur, amma Laçın rayon İcra Başçısı nəinki qulluqçusu, heç problemimə qulaq asmaq üçün vəzifəsini yerinə yetirmək üçün məmur kimi dəməni qəbul etmədi. Şəhid ailəsi olaraq, bu günədək  dövlətin heç bir imtiyazından yararlanmamışam. Artıq maddi imkanım tükənib, qızımGünel Fərhadova qan xərçəngi xəstəliyindən əziyyət çəkir. Müalicəsinə gücüm çatmır,  bu səbəbdən də şəhid ailəsi olaraq, 26 fevral 2017-ci il tarixdə Xocalı Soyqırımı günü  icra başçımız Aqil Nəzərlinin qəbuluna getdim ki, bəlkə başçının ürəyinin mərhəmət qapısı açıq ola, övladımın müalicəsi  üçün nəsə köməklik edə. Amma bu Soyqırım Günü belə  icra başmımızın ürəyinin mərhəmət qapısı açıq olmadı…

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, övladımın müalicə olunması üçün əlaqədar təşkilatlara göstəriş verəsiniz.

Qızım Günel Fərhadovanın 30 yaşı var, ailəmlə birgə Ağcabədidə məskunlaşmışıq. Birinci Qarabağ savaşında Laçın uğrunda gedən döyüşlərdə şəhid olan Nemət İsmayılovun oğluyam. Gənc qızım dörd ildir qan xərçəngindən əziyyət çəkir. Hazırda müalicəsini B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda davam etdirir.  Nəfəs ala bilmir, təngnəfəs olur. Diş diblərində kəskin qanaxmalar olurdu, birinci mərhələnin müalicəsi çox ağır keçdi. Həkimlərin köməyi ilə ayağa qalxdı, amma yenə səhəti pislədi. Qızım Günel Fərhadovanın xəstəliyinin ilkin mərhələsi övladını dünyaya gətirdikdən doqquz ay sonra başlayıb: “Qan analizlərindən bəlli oldu ki, leykozdur. Müalicə olundu. Mütəmadi olaraq müalicələrə gedib-gəlirdi. Hər üç aydan bir yoxlanırdı. İlk kursdan etibarən remisiya əldə olunan xəstədə dörd ildən sonra kəskin ağırlaşma baş verdi. Sinəsində və kürək hissəsində kəskin ağrıları var. Müayinə olundu və yenidən leykoz aşkarlandı. Qızımın 5 yaşında Nilufər adlı bir qızı var. Kürəkənim qızımın xəstə olduğunu öyrəndikdən sonra ailəsini tərk etdi. Dörd ildir ki, nə övladı, nə də Günelin səhhəti ilə maraqlanır. 2013-cü ildən ayrılmalarına baxmayaraq, aliment də vermir. Heç bir dəfə də olsun oz övladıyla maraqlanmayıb. Biz isə valideynləri olaraq, qan xərçəngindən əziyyət çəkən Günelin övladına da  baxırıq. Günel  xəstəliyinə görə aldığı 140 manat müavinətlə dolanır. Sağlamlığına qovuşmaq üçün Sizdən kömək istəyirik. Onu B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudovda müainə etdi. Övladım xəstəlikdən çox əziyyət çəkir. Tibbi terminlə desək, leykozdur. Hüceyrələrin sayı az olduğu üçün təkrar sümük iliyinin analizi edilməyib. Hazırda Günelin xəstəliyinin ikinci mərhələsi üçün müəyyən preparatlar lazımdır”.

Qeyd edək ki, Günel Qabil qızı Fərhadovanın adına “Kapital Bank”da hesab nömrəsi açılıb. Günel Qabil qızı Fərhadova Benefisiarın Bankı: Kapital Bank ASC Nərimanov Filialı Filial kodu: 20 00 93 VÖEN: 99 0000 36 11 SWIFT kod: AHBAZ2X Müxbir hesabı: AZ 37 NABZ 01350100000000001944 Hesab №: AZ 27 AHB 410 100 194 401 023 951 09

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam