Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Nifrət hədəfi Siyavuş Novruzov yox, Araz Əlizadə kimiləri olmalıdır" -Sabir Rüstəmxanlı

 

Xalq şairi Sabir Rüstəmxanlın son günlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmiş bir məsələyə münasibət bildirib. 

Xeberinfo.com:  S.Rüstəmxanlının münasibətini olduğu kimi təqdim edirik:

"Siyavuş Novruzovun xəstəliyi ilə baglı son günlərdə davam edən müzakirələri oxuyanda, düzü, ürəyim ağrıdı və heyrətləndim. Biz niyə bu qədər daşürəkli, mərhəmətsiz olmuşuq? Niyə içimiz kinlə, nifrətlə dolur, sevgi hissimiz itir, ictimai əxlaqımız pozulur, hər şeyi siyasi müstəvidə görürük? Yerlibazlıq, insanlara haralı olması meyarı ilə baxmaq ibtidai təfəkkürün nəticəsidir və milləti geri çəkən məsəlidir, bizə yaraşmaz. 

Hansı cəbhədə olmasından, kimliyindən asılı olmayaraq insanın xəstəliyinə sevinmək və bunu müzakirəyə çıxarmaq insanlıq deyil və Allaha xoş getməz. Bəzən xəstəliyi həkimlər də öz xəstəsindən gizlədir. Hər kəsin çevrəsi, yaxınları, ailəsi, uşağı var. Bu müzakirələrin onlara necə təsir edəcəyini düşünməmək vəhşilikdir. Siyasi opponentlik və ya tənqid üçün şəxsin xəstələnməsini gözləməzlər! Hər kəsin imkanı var, saglam vaxtında iradını da, bəyənmədiyini də yaza bilər, ona qarşı mübarizə də apara bilər. Ancaq adam xəstələnəndən sonra buna sevinmək yaxşı iş deyil. Allah bütün xəstələrimizə şəfa versin!

Siyavuşa gəlincə, onun xəstəliyi barədə heç nə bilmirəm. Kaş yalan olsun! Biz Siyavuşla ayrı siyasi cəbhələrin adamlarıyıq. Məclisdə həmişə fərqli mövqedən danışmışıq. Lakin ondan heç zaman sayqısızlıq görməmişəm. Mən də onun çıxışlarına təəccüblənməmişəm. Çünki o, bir siyasi partiyanın funksioneridir və öz vəzifəsini öz partiyadaşlarından daha ardıcıl, açıq, imkanı daxilində, sədaqətlə yerinə yetirir. 

Siyasətdən və məclisdən kənar Siyavuş Novruzov xeyirxah, dostluqda etibarlı, həyatın çəkinliklərindən keçib gəlmiş adamdır. Çox mütaliə edir, yaxşı ədəbiyyat həvəskarıdır. Mövqeyini açıq deyən, öz böyüklərinə və tutduğu yola bağlı olan adamdan ziyan gəlməz. Üzdə bir cür, arxada başqa cür olan adamlardan qorunmaq lazımdır. 

Nifrət hədəfi Siyavuş Novruzov kimi mövqeyini bəyənmədiyimiz, lakin öz mövqeyində sabitqədəm, milli təfəkkürü yerində olan adamlar yox, Araz Əlizadə kimi bütün mahiyyəti xəyanətdən ibarət olan türk düşmənləri olmalıdır. Pəqiblə mübarizə aparərkən öz gücünə arxalanmalısan. Kişi düşməninə də qəfil xəstəlik arzulamaz...".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam