Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Novruzovun şok müraciətinə –Hərəkatçılardan cavab

 

 

 

Adətən Milli Azadlıq Hərəkatında iştirak edən və üzdə olan insanlar hamısı bir-birini tanıyır. Vidadi İsgəndərli o hərəkatda olsaydı, ən azından, adını eşitmiş olardım.

Yenixeber.org: Bu sözləri Milli Azadlıq Hərəkatının liderlərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun Vidadi İsgəndərli ilə bağlı yaydığı sensasion müraciət barədə danışarkən deyib.

S.Rüstəmxanlı bildirib ki, Vidadi İsgəndərli adlı şəxsi tanımayıb:

“Milli Azadlıq Hərəkatında yüz minlərlə insan iştirak edib. Əlbəttə, hamısını tanımaya bilərəm. Ancaq o hərəkatda iştirak edən Vidadi İsgəndərli adlı adam tanımamışam. Kim olduğunu da bilmirəm. Bu adda insanın Milli Azadlıq Hərəkatına qoşulduğunu eşitməmişəm”.

Xalq Hərəkatının iştirakçısı, politoloq Zərdüş Əlizadə də 7-8 il bundan əvvələ qədər ümumiyyətlə Vidadi İsgəndərli adlı adam tanımadığını bildirib:

“Vidadi İsgəndərli haqqında son 7-8 il ərzində eşitmişəm. Yəni hüquq müdafiəçisi kimi həbs edildiyi zamanlarda tanımağa başladım. Ondan əvvəl isə ümumiyyətlə onun kim olduğunu bilmirdim.

Milli Azadlıq Hərəkatında isə qəti bilirəm ki, Vidadi İsgəndərli adlı adam olmayıb. Bütün bölgələrdən, şəhərdən, minlərlə insan tanıyıram ki, Xalq Hərəkatında iştirak edib. Şəxsən tanıdıqlarım da var, tanımayıb, adını eşitdiklərim də var. Mən Vidadi İsgəndərli adlı insan tanımamışam. Xalq Hərəkatında iştirak etsəydi, hətta şəxsi tanışlığımız olmasaydı belə, adından tanıya bilərdim. Bəlkə kimlərsə tanıyır, mən səhv edirəm?! Mən öz adımdan deyirəm ki, belə bir insan tanımamşam”.

Milli Məclisin deputatı, o dövrün fəallarından olan Araz Əlizadə də V.İsgəndərlini tanımadığını deyib:

“Gərək şəklinə baxım, görüm kimdir. Addır da, kimləsə eyni ola bilər. Ancaq mən belə bir adam ömrümdə tanımamışam. Milli Azadlıq Hərəkatında iştirak etməmişəm, ancaq orada iştirak edənləri az-çox tanıyıram. Vidadi İsgəndərlinin isə kim olduğu barədə məlumatım yoxdu”.

Milli Məclisin deputatı, Xalq Hərəkatının tanınmış isimlərindən olan Fazil Mustafa siyasi mübarizə zamanı kimliyindən asılı olmayaraq, qırmızı xətti gözləmək lazım olduğunu deyib:

“Biz 35 ildən artıqdır ki, siyasi mübarizənin içərisindəyik və bu mühitdə xeyli sayda tanımadığımız insan var. Vidadi İsgəndərlini özünü tanımamışam, amma qardaşı İsfəndiyarı tanıyıram. İsfəndiyar bəy dəyərli, hörmət etdiyim şəxslərdən biridir. V.İsgəndərlini isə bir neçə il öncə həbsdən çıxandan sonra tanımışam.

Əvvəllər hakimiyyətə qarşı ən sərt, barışmaz mövqedə dayanmışıq, amma tam səmimi deyim ki, indiyə qədər mənə qarşı da hansısa haqsızlıqlar olub. Həbsə də düşmüşəm, lakin bütün bunlara baxmayaraq, həmişə fikir vermişəm ki, hansısa şəkildə istər Heydər Əliyevin, istərsə də İlham Əliyevin hakimiyyəti dövründə şəxsi və yaxud ailə zəminində təhqirlə qarşılaşmamışam. İnsanlar başa düşməlidirlər ki, siyasi mübarizə insanın özü ilə aparılır. Onun ailəsini, uşaqlarını təhqir etmək, söyüşdən istifadə etmək düzgün deyil. Bu, həm hakimiyyət, həm də müxalifət nümayəndələrinə aiddir".

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli də Vidadi İsgəndərlini ancaq son günlər etdiyi radikal çıxışlarına görə tanıdığını bildirib:

“Əvvəla, Siyavuş müəllimə təşəkkür edirəm, mənim məhkəmə sədri olduğum halda Milli Azadlıq Hərəkatına qoşulduğumu bildirdiyi üçün.

Milli Azadlıq Hərəkatı olan zaman ola bilər ki, Vidadi İsgəndərli orada iştirak edib. Ancaq mən onu görməmişəm, tanımamışam. Onu son dövrlərdə radikal çıxışlarına görə tanımışam. Xalq Hərəkatında iştirak etməsi barədə də heç kəsdən eşitməmişəm. Hazırda yanımda olan partiya (Vəhdət Partiyası - red) yoldaşlarımdan da soruşdum. Onlar da mənimlə eyni fikirdədir, yəni nə Vidadi İsgəndərlini tanıyan var, nə də xatırlayan. Milli Azadlıq Hərəkatında iştirak edənlərin əksəriyyəti ilə hazırda da əlaqələrimiz var, bəziləri ilə Vəhdət Partiyasında birgəyik. Onların yanında verirəm bu açıqlamanı. Heç biri də tanımır Vidadi İsgəndərlini.

Nə olursa olsun, istənilən halda əxlaqdan kənar mübarizə metodları qəbuledilməzdir”.

Qeyd edək ki, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədriSiyavuş Novruzov ötən gün sensasion müraciət edib. Musavat.com-un yaydığı müraciətdə Siyavuş Novruzov Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə səslənərək, son günlər dövlət başçısını və onun ailəsini yaydığı videolarla təhqir edən, özünü illərin hərəkatçısı kimi təqdim edən Vidadi İsgəndərli adlı şəxsin Milli Azadlıq Hərəkatında olub-olmadığına aydınlıq gətirmələrini xahiş edib.

 

S.Novruzov müraciət etdiyi şəxslərin bir-bir adını da çəkib.Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam