Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı -VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda bir qrup hərbi vəzifəlilərin iştirakı ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb. 

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev təlim toplanışın keçirildiyi əraziyə gələrək təlim prosesinin gedişatı ilə maraqlanıb. Hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də təlimlərin daha da səmərəli keçirilməsi ilə bağlı öz tövsiyələrini verib. 

Təlim toplanışının başa çatması münasibətilə bağlanış mərasimi keçirilib. 

Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Çıxış edənlər keçirilən təlimlərin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və şəxsi heyətin peşəkarlığının artırılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar. 

Sonda təlim toplanışında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub. 

Qeyd edək ki, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması məqsədilə keçirilən toplanışda atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları yerinə yetirilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam