Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları -karantin rejiminin tələblərinə ciddi nəzarət edir

 

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ölkədə elan edilən karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir, gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Yenixeber.org: Şöbə əməkdaşları mütəmadi olaraq rayon ərazisində açıq havada, küçə və prospektlərdə, eləcə də ticarət mərkəzlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reydlər keçirir, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi bərədə məlumat verir, özlərinin və yaxınlarının sağlamlıqları üçün mövcud qaydalara mütləq qaydada riayət etmələrinin vacibliyini çatdırırlar.

Lakin pandemiyanın ölkə ərazisində yayılmasının ilk günlərindən başlayaraq rayon ərazisində keçirilən reydlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən şəxslər də aşkarlanıb və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, cari ilin yanvar ayının 1-dək rayon ərazisində karantin qaydalarını pozan 1052 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq cərimə protokolları tərtib olunub və həmin şəxslər məsuliyyətə cəlb olunublar.

Bundan əlavə şöbə əməkdaşları tərəfindən rayon ərazisində mövcud karantin qaydalarını pozaraq fəaliyyət göstərən 5 kafe-restoran aşkarlanıb və qaydaları pozan obykt sahibləri, eləcə də müştərilər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin bir yas və bir qonaqlıq məclisinin təşkil edilməsi aşkarlanıb və dərhal qanun pozuntusunun qarşısı alınıb.

 Qeyd edilən müddət ərzində RPŞ-nin əməkdaşları tərəfindən yaşayış yerini tərk edərək pandemiyanın yayılmasına şərait yaradan 4 nəfər aktiv COVID-19 xəstəsinin qanunazidd hərəkətinin qarşısı alınıb və onlar barəsində İstintaq Bölməsində cinayət işi başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam