Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Siyasi vəziyyət yenidən gərginləşir-Gürcüstanda

 

Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir. Ölkə müxalifəti iqtidara qarşı yeni tələblər irəli sürərək prezident seçkilərinin noyabrın 28-də keçirilmiş ikinci turunun nəticələrinin ləğv olunmasını tələb edir.
Yenixeber.org: Bu barədə birliyin liderlərindən biri, prezidentliyə namizəd olmuş və səsvermənin ikinci turunda məğlubiyyətlə üzləşmiş Qriqol Vaşadze bu gün keçirdiyi brifinqdə bildirib.

Birləşmiş müxalifətin bu tələblə bağlı iddiası bu gün saat 15:00-da Tbilisi Şəhər Məhkəməsinə təqdim olunub.

G.Vaşadze prezident seçkilərində seçicilərin səslərinin satın alınması ilə bağlı çoxlu faktların olduğunu bildirib: "İddiamıza beynəlxalq təşkilatların qiymətləndirmələri də əlavə olunub. Beynəlxalq müşahidə missiyasının hesabatı seçicilərin səslərinin kütləvi şəkildə alınmasını birbaşa sübut edir".

Birləşmiş müxalifət, həmçinin Baş Prokurorluğunu Baş nazir Mamuka Baxtadze və Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə bağlı araşdırma aparmağa çağırıb.

Müxalifət hesab edir ki, Baş nazir canlı efirdə seçicilərin səslərini satın alaraq cinayət törədib, mer isə hakim partiyanın seçki qərargahına rəhbərlik edərək bəyanatları ilə cinayətdə iştirak edib.

Vaşadze qeyd edib ki, məhkəmə iddiasında 600 min vətəndaşın kredit borclarının silinməsinin seçicilərin birbaşa satın alınması olduğu göstərilib: “Bundan başqa, seçicilərə kartof, soğan və istifadə olunmuş paltarlar da paylanılıb və bu faktları sübut edən video və audio sübutlar var”.

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz səslə dövlət başçısı seçilib. Onun rəqibi “Vahid Milli Hərəkat” Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze isə 40,8 faiz səs toplaya bilib.

Dekabrın 16-da Kaxeti bölgəsinin Telavi şəhərində yeni seçilmiş prezidentin andiçmə mərasimi olacaq. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam