Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstanda seçki başa çatdı:İlk təbrik gəldi, amma...

 

 

Saat 17:00-a olan məlumata görə, Gürcüstanda seçici fəallığı 38,6% təşkil edib.

Yenixeber.org: Səsvermədə iştirak etmiş seçicilərin sayı 1 milyon 337 min 284 nəfərdir.

Ən yüksək seçici fəallığı Ambrolauri (53,6%), ən aşağı seçici fəallığı isə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda (28,7%) qeydə alınıb.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri üzrə səsvermə saat 20:00-da başa çatacaq.

***

Artıq bütün ölkə üzrə seçki məntəqələri bağlanıb. Hazırda səslərin sayılması prosesinə start verilib.

Bu arada açıqlanan eksit-pollar isə fərqli nəticələrlə gündəmi zəbt edib. "Psixolayihə" təşkilatının sorğusuna görə, hakim Gürcü Arzusu Partiyasının namizədi Zurabişvili 52,3 faizlə liderlik edir, ikinci yerdə isə Saakaşvilinin partiyasının da dəstəklədiyi müxalifətin "Güc Birlikdədir" koalisiyasının namizədi Qriqol Vaşadze 28,1 faizlə gəlir.

Avropa Gürcüstanı Partiyasının sifarişi əsasında eksit-poll keçirən BCG şirkəti isə namizədlərdən heç birinin 50+1 faiz səs toplaya bilmədiyini və deməli, ikinci turun keçiriləcəyi ehtimalını irəli sürüb.

BCG şirkətinin nəticələrində Vaşadze 37%, Zurabişvili 34%, Avropa Gürcüstanı Partiyasının namizədi Bakradze isə 17% səs toplayıb.

***

Avropa Gürcüstanı Partiyasının namizədi, eks-spiker David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib.

Lakin o, geri çəkilməyəcəyini, mübarizəni davam etdirəcəyi ilə bağlı söz verib.

Qeyd edək ki, bütün eksit-poll nəticələrində Bakradze 3-cü yerdə qərarlaşıb.

Partiyanın sədri Giqi Uqulava isə bəyan edib ki, əgər ikinci tur olarsa, Avropa Gürcüstanı müxalifətin namizədi olan Vaşadzeni dəstəkləyəcək.

***

Eks-prezident Mixail Saakaşvili Qriqol Vaşadzenin seçkidə qalib gəldiyinə inandığını açıqlayıb.

***

Gürcüstan MSK seçkidə 46,74 faiz seçicinin iştirak etdiyini elan edib.

***

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze XİN-in keçmiş rəhbəri, hazırda hakim partiyanın və şəxsən Bidzina İvanişvilinin dəstəklədiyi müstəqil namizəd sayılan Salome Zurabişvilini qələbə münasibəti ilə təbrik edib.

Tiflis meri, Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze də dəstəklədikləri namizədi vaxtından əvvəl təbrik edənlər sırasına qoşulub.

Zurabişvili isə hələ qələbəsini qeyd etmədiyini, rəsmi nəticələri gözlədiyini açıqlayıb.

Bu arada daha iki eksit-poll nəticəsi açıqlanıb. Bu nəticələrə görə də namizədlərdən heç biri 50+1 faiz səs toplaya bilməyib.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam