Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın polis oğlu iş yoldaşının qanını axıtdı -FOTOLAR

 

Azərbaycanda xanım məmurun polis oğlu iş yoldaşının qanını axıtdı - FOTOLAR
Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.
Yenixeber.org: Məlumata görə, Beyləqan rayon yol polis şöbəsinin əməkdaşları bıçaq davasına çıxıblar. Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev öz iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.
Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov Criminal.az-a bildirdi ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil. Həkimlər tərəfindən ona ilkin yardım göstərilib, vəziyyəti normaldı. Hadisəni Criminal.az-a təsdiq edən Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirdi ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.
Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə bu hadisədən məlumatsız olduğunu və məzuniyyətdə olduğunu bildirdi.
Məlumat üçün bildirək ki, öz polis yoldaşını bıçaqlandırmaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur. Tural Əliyevin qardaşı Yasin Əliyev Beyləqan rayon məhkəməsində hakimin köməkçisi, digər qardaşı Elgün Əliyev isə DTX-nin əməkdaşıdır. Criminal.az


 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?