Martın 10-da həmkarını bıçaqlayan polis oğluna görə Beyləqan rayon Təhsil Şöbəsi direktoru Xuraman Rüstəmova vəzifəsindən çıxarıla bilər
Yenixeber.org: Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb və fakt rəsmi şəkildə təsdiqlənib.
Namiq Zeynalov Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.
Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov criminal.az-a bildirib ki, yol polis əməkdaşı kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.
Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirib ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.
Polis rəisinin sözlərinə görə, hadisən ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xuraman Rüstəmova açıqlamasında bildirib ki, oğlu haqda tam yalnış məlumat yayılıb: ”Hadisə polislərin idman saatında, məşq edən zaman olub, güləşərkən yüngül zədə alıb. Hazırda həmin polis də işindədir.
Bu adam necə bıçaqlanıb ki işdədir. Təkrar edirəm, Xuraman Rüstəmovanın oğlunun belə bir cinayətlə heç bir əlaqəsi yoxdur”.
Ancaq faktiki olaraq təhsil şefi yalan danışır. Çünki baş həkim xəstəxanaya bıçaqlanmış polisin daxil olduğunu təsdiqləyir. T.Əliyevlə Namiq Zeynalov arasında mübahisə xidmətdə olan zaman baş verib.
Mübahisə zamanı N.Zeynalov Turala qarşı nalayiq ifadələr işlədib. Bu zaman əsəbləşən Tural Əliyev ona bir zərbə vurub. Bu hadisə böyük rəzalətin üstünü açıb.
Və rayonda söz-söhbətə səbəb olub. İddialara görə, X.Rüstəmova tezliklə vəzifəsindən çıxarılacaq.
Baş Dövlər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, kağız kəsən alətlə onlar təsüdüfən bir-birinə xəsarət yetiriblər.
”Burda cinayət faktı olmamalıdı, sadəcə kağızkəsənlə ehtiyatsız davranma nəticəsində baş verib. Məndə olan məlumat belədir.
Hadisə necə olubsa, araşdırılacaq. Tərəflərdən hansınınsa anası da hadisə haqda düzgün bilməyə bilər”.
Təhsil naziri olmuş Mikayıl Cabbarov vergi naziri təyin edildikdən sonra X.Rüstəmovanın dayaqları sarsılıb.
Xuraman Rüstəmovanın Beyləqan rayon Təhsil Şöbəsinə müdir təyinatı demək olar ki, bu rayonda təhsilin onsuz da qeyri-qənaətbəxş olan ümumi vəziyyətini daha aşağı səviyyəyə saldı.
Belə desək, Xuraman Rüstəmovanın təhsilə müdir gəlişi heç də beyləqanlılara düşərli olmadı. Mediada gedən xəbərlərə görə, Beyləqan rayonunda müqavilə ilə çalışan 300-ə yaxın müəllim var.
Deməli, onların hər birindən yeni müqavilə bağlanılması üçün alınan rüşvət məbləğini 500 manatdan hesablasaq, toplam 150 min manat pul edir ki, bunu da xanım Rüstəmova cibinə qoyub.
Daha 35 müəllimin Təhsil Nazirliyində vacib prosedurlardan keçmədən yalnız Xuraman Rüstəmovanın "rüşvət attestatsiyasından" kecərək işlə təmin olunması isə onlara 2000-3000 min manat civarında başa gəlib.
Bu məbləği də üst-üstə hesablasaq, artıq Xuraman xanımın 5 ayda nə qədər haram kapitala yiyələndiyini bilmək elə də çətin deyil.
TN-nin sektor müdiri əvəzi Eşqi Bağırovun yerlərdəki xanım təhsil müdirlərinin qanunsuz əməllərini ört-basdır etməsi, onlar haqda edilən şikayətləri araşdırmadan məhz onların özlərinə göndərməsi barədə KİV-də yetərincə məlumatlar dolaşıb.
Rüstəmova Xuraman Müzəffər qızı zərif cinsin nümayəndəsi olsa da, bəzi dəqliqanlı kişilər kimi başı çox vaxt qovğada olub.
Hələ, 1988-ci il tarixində Beyləqan rayon 1 saylı orta məktəbdə sinif müəlliməsi işlədiyi vaxt başqa bir həmcins həmkarı ilə dava eləyib.
İnsident o qədər dərin olub ki, haqsız tərəf – Xuraman Rüstəmova məktəbin pedaqoji şurasının və məktəb həmkarlar təşkilatının məktubu əsasında məhkəmə qərarı ilə tərbiyyəndirilməsi üçün 1 saylı orta məktəbdən 3 saylı məktəbə göndərilib.
Bundan sonra şəhər 3 saylı orta məktəbində sinif müəlliməsi kimi pedaqoji fəaliyyətini davam etdirir.
Nə qədər qəribə olsa da bu təhsil müəssisəsində Xuraman Rüstəmovanın işləri təəccüb doğuracaq dərəcədə yaxşı gedib.
Təkcə internet resurslarında X. Rüstəmova barəsində axtarış etmək və saytlardakı xəbər başlıqlarına göz atmaq kifayətdir ki, RTŞ müdirinin fəaliyyətinə necə qiymət verilməsi haqda təsəvvürlər dəqiqləşsin.
Gəlin, həmin sərlövhələrə bir də nəzər salaq: “Təhsil Şöbəsinin müdiri Vaqif Abdullayevin adından pul yığır…”; “Beyləqan təhsili qan ağlayır”; “Təhsil terrorçusu: Xuraman Rüstəmova Beyləqan təhsilini…”; “Şok: Təhsil müdirəsi Xuraman Rüstəmovanın keçmişdəki biabırçılığı…”; “Vaqif Abdullayevin son “tryuk”u – Mikayıl Cabbarovun kadrı Beyləqan əhallisinə niyə acıq verir?” və s.
Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.(fia.az)

Yenixeber.org-dan: Qarşı tərəfi də dinləməyə hazırıq.