Ədalətsizlin sonu!
"Xeberinfo.com": 19 iyunda,Türkiyədə Balyoz davası adı altında tutulan hərbçilər,Türkiyə Cumhuriyyəti Konstitusiya Məhkəməsinin haqq pozuntusu qərarı ilə, azadlığa buraxıldılar.Balyoz davası,2003-cü ilin mart ayında Türkiyə Hərbçilərinin ,iddiaya görə, Türkiyə Cumhuriyyəti hökümətinə qarşı çevriliş planı idi.Bu çevriliş planınında (darbe) Türkiyə Cumhuriyyətinin 1-ci Ordu Komandiri General Çetin Doğan,General İbrahim Fırtına,və yüksək rütbəli hərbçi Özdən Örnək,və ən tanınmışları General-Mayor Engin Alan olmaqla, 365 hərbçi daha iştirak etmişdir.
Aradan illər keçdi,və 2010-cu ildə bu planı hazırlayanlara qarşı məhkəmə işinə baxılaraq,365 hərbiçidən,325 hərbiçi ömürlük həbsə məhkum oldular.
İddiaya görə ordu və hərbçilər hökümətə qarşı çevriliş etmək niyyətindyimişlər.Ama bu çevrilişə dair,heç bir sübut,dəlil yox idi.Hərbçilərin tutulmasında məqsəd o idi ki,Türkiyə Silahlı Qüvvətlərində bir dənədə olsun Atatürk düşüncəli olmasın.Ordunu özəlləşdirmək işləri başlamışdı.Ərdoğan Atatürkçülərin kökünü qazmaq istəyirdi o vaxt.Və bu işidə ordudan başladı.Əsassız sənədlərlə bu planı həyata keçirdi və Türkiyə ordusunu başdan ayağa özünküləşdirdi.İstəyi o idi ki,ordu onun əmrilə,istəyilə addım atsın.
Onun bu istəyi,keçənlərdə Diyarbakırın Lice kəndində daha aydın görüldü.Licede bir neçə qrup aksiya keçirtdikdən sonra,aralarından 16 yaşlı bir gənc,2-ci Hava Qüvvətlərinin yerləşdiyi sahəyə gedərək,Türk bayrağını dirəkdən endirdi.Necə olan işdir bu?O qədər əsgər,hərbiçi bu hadisənin qarşısını ala bilmədimi?O bayraq endirildi.Türkiyənin göz rəmzi olan bayraq əldən getdi.
Mən keçənlərdə belə bir xəbər oxudum.Cənubi Koreyada,bir gəmi aşıb,və bir çox insan həyatını itirib.Həmin o gün,Cənubi Koreyanın baş naziri çıxıb"İstefa edirəm deyib.Mənim idarə etdiyim ölkədə belə bir hadisə baş verib.Və bu hadisənin ən böyük günahkarıda mənəm.
İndi özünüz fikirləşin.....
Balyoz davası,Türkiyədə tanınan məşhur davalardan biridir.O davanın içində günahsız və əsassız yerə həbs olunan,Türkiyə tarixində dərin iz buraxan General-Leytenant Engin Alanda olmuşdur.Engin Alan,1999-cu ildə,PKK lideri,terrorist Abdullah Öcalanı,hərbi əməlliyyat ilə Kenyadan Türkiyəyə gətirmiş və Türkiyə tərəfindən ağırlaşdırılmış ömürlük həbsə məhkum etmişdir..General Türkiyə xalqı tərəfindən,böyük sevgiylə,tarixdə iz qoymuşdu.
Belə bir qəhrəman,və xalq sevgisini qazanmış birisi,heç öz hökümətinə,və dövlətinə xəyanət edəcək addım atarmı?Engin Alandan başqa,həbsə məhkum olan hərbçilərin Türkiyə millətinə,və dövlətinə çox böyük xidmətləri olmuşdur.Xalq Balyoz davasından tutulan hərbçilərin,azadlığa çıxmasını,neçə illərdir ki gözləyirdi.Oların haqsız yerə tutulmalarına göz yummaq olmazdı.Konstitusiya Məhkəməsi,yıxılan ədaləti bərpa etdi.Və ədalətin itmədiyini bir daha sübüt etdilər.
Onlar həbsxanadan çıxdıqlarında belə bir şüar səsləndirdilər"ATATÜRKÜN ASKERLERİYİZ"